Dukes Educatıon - Yeni təqdimatda

02 İyun 2020

Dukes Educatıon - Yeni təqdimatda

Əlaqə

Birləşmiş Krallıqda yerləşən Dukes Education qarşıdan gələn tədris ilində kolleclərini yenidən açmaqla öz təhsil strategiyasını genişləndirməyi planlaşdırır.

Yeni mövsüm strategiyası
Bu strategiya Dukes Education və Kolleclərin əsas dəyərlərini, missiyasını və mövqeyini özündə ehtiva edir. Dukes Education direktorlarının onlayn görüşündə əziz tələbələrimizin təhlükəsizliyini və təhsilimizin mükəmməlliyini təmin etmək üçün müxtəlif yanaşmalar və baxış bucaqları müzakirə edildi.

Dukes Education kollecinin Direktorları
Qaret Kolier (Kardiff Altıncı Sinif Kolleci), Kandida Keyv (İncəsənət Kolleci), Alister Braunlou (Roçester Müstəqil Kolleci) və Ceyms Hardinq (Earlscliffe) innovativ çıxış yollarının tapılmasında və dünyanın hər yerində bilik yaymaq niyyətində olan Dukes Education-ın əsas dəyərini qorumaq üçün gələcəkyönümlü planların qurulmasında iştirak etdilər.

Vebinara daxil olmaq və onlayn görüş haqqında daha ətraflı məlumat əldə etmək üçün bura daxil olun.
Ən son və yaxınlaşmaqda olan yenilikləri daha da irəli çəkmək üçün 3 iyun tarixində Dukes Education direktorları tərəfindən daha bir müzakirə paneli keçiriləcək. Bundan əlavə, növbəti həftələrdə Dukes Education Təhsilinin direktorları ilə onlayn sual-cavab keçiriləcək və bununla bağlı səhifəmizdə məlumat yerləşdiriləcək.

StudyNet Group xidmətləri:
Studynet Group gələcəyin ali təhsilli tələbələri üçün universitetlərə müraciət etməkdə çoxillik təcrübəyə malikdir. Şirkətimiz sizin rahatlığınız üçün bir neçə pulsuz xidmət göstərməklə bu prosesi daha da asanlaşdıra bilər. Dukes Education və onunla əlaqəli kolleclərlə əməkdaşlığımız vasitəsilə sizin ən son hadisələrdən xəbərdar olmağınıza köməklik etmək istərdik. Zəhmət olmazsa, aşağıda bəzi ilkin xidmətlərimizi gözdən keçirin və daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
• Proqram seçimində rəhbərlik;
• Müraciət tələblərini təsdiq etməkdə köməklik;
• Yaşayış yerinizi rezerv etməkdə köməklik;
• Vizanın əldə edilməsində köməklik.

© 2020 SNG, All Rights Reserved.