Dubayda Amerika təhsili - AUD ilə

30 Yanvar 2021

Dubayda Amerika təhsili - AUD ilə

Əlaqə

American University in Dubai - AUD regionun inkişaf etmiş ticarət mərkəzlərindən olan Birləşmiş Ərəb Əmirliklərində yerləşməklə şərq dünyasında qərb təhsili təklif edir. Əsası 1991-ci ildə qoyulan universitetin missiyalarından biri regionun ən nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilmək olub. Fəaliyyətinin ilk illərində universitet Amerikanın Atlanta Kollecinin filialı kimi fəaliyyət göstərsə də, 2000-ci ildən etibarən artıq təhsil ocağı Əmirliyin Ali təhsil və Elmi Araşdırmalar Nazirliyinin qeydiyyatından keçərək, rəsmi şəkildə müstəqil olmuşdur. Hazırda universitetin kampusu "Yeni Dubay" adlanan ərazidə yerləşməklə tam şəkildə yeni avadanlıqlarla təchiz olunmuş əraziyə köçürülmüşdür.

Universitetin təklif etdiyi bakalavr proqramları arasında:

  • Memarlıq
  • Psixologiya
  • Komputer mühəndisliyi
  • Mexanika mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Biznes administrasiyası
  • İnteryer dizayn
  • İnşaat mühəndisliyi və s. mövcuddur.

AUD həmçinin çoxsahəli magistratura proqramları da təklif edir:

  • Təhsil
  • Liderlik və müasir mediada innovasiyalar
  • Beynəlxalq münasibətlər
  • Biznes administrasiyası (MBA)
  • Tikintinin idarəedilməsi
  • Əqli mülkiyyət və innovasiyalar
  • Şəhərsalma

Bu universitetdə təhsil alan tələbələrin etnik tərkibi olduqca müxtəlifdir. Universitetin təklif etdiyi 15-ə yaxın təqaüd proqramları əcnəbi tələbələrin etnik mənsubiyyətinə əsasən qruplaşdırılıb.

Beləliklə əgər siz də Amerika təhsilini şərqin inkişaf etmiş ölkəsi olan Birəşmiş Ərəb Əmirliklərində almaq istəyirsinizsə, AUD universitetinin beynəlxalq tərəfdaşlarından olan StudyNet Group şirkətinin xaricdə təhsil xidmətlərindən yararlana bilərsiniz. Şirkətimizə müraciət etdiyiniz andan etibarən, təcrübəli məsləhətçilərimiz sizə, seçdiyiniz sahə üzrə proqram seçimi etməkdə yardımçı olacaq, müraciət formasının hazırlanması, istək məktubunun yazılması, qəbul məktubunun əldə edilməsi, tələbə vizasına müraciət, xaricdə yaşayış yerlərinin bron edilməsində sizə yaxından bələdçilik edəcəklər.

© 2020 SNG, All Rights Reserved.