DMU Leicester-i seçməyiniz üçün səbəblər

16 İyul 2022

DMU Leicester-i seçməyiniz üçün səbəblər

Əlaqə

De Montfort Universiteti Leicester Böyük Britaniya ali təhsilində tədris keyfiyyətinə əsasən Tədris Mükəmməlliyi Çərçivəsində (TEF) mümkün olan ən yüksək standartı - qızıl standart əldə etmiş Böyük Britaniya universitetlərindən biridir.

1992-ci ildə dövlət universiteti kimi yaradılmış DMU geniş proqramlar, eləcə də peşəkar orqanlar tərəfindən akkreditə olunmuş 170-dən çox proqram təklif edir.

DMU Leicester beynəlxalq tələbələrin ən yaxşı seçimlərindən biridir, belə ki, universitet təhsil aldıqdan sonra işlə təmin etmə təklif edir. Universitet bütün bakalavr kursları və bütün Mühəndislik və Hesablama magistr proqramları daxil olmaqla, əksər proqramlar üçün bir illik işə qəbul təklif edir. Universitet ödəniş əsaslı, tam iş günü, tələbənin ixtisasına uyğun işlə təmin edir.

Aşağıda qeyd olunan siyahıdan universitetin təklif etdiyi əsas dərəcə proqramları ilə tanış ola bilərsiniz:

  • Accounting and Finance BA (Hons) (Mühasibat və Maliyyə)- the maximum nine exemptions from the Chartered Certified Accountants (ACCA) exams and eight exemptions from The Chartered Institute of Management Accountants (CIMA) exams
  • Architecture BA (Hons) (Memarlıq) - accredited by the Royal Institute of British Architects (RIBA)
  • MBA Global - accredited by Chartered Management Institute (CMI)
  • Electrical and Electronic Engineering BEng (Hons) (Elektrik və Elektron Mühəndisliyi) - CEng accredited by the Institution of Engineering and Technology (IET) and fulfils the educational requirements for Chartered Engineer when presented with an accredited MSc.

DMU-da tələbələr beynəlxalq mühitdə öz potensiallarını inkişaf etdirir, həmçinin təhsillərini zənginləşdirir, mədəni üfüqlərini genişləndirir və işəgötürənlər tərəfindən qiymətləndirilən əsas bacarıqları inkişaf etdirirlər.

StudyNet Group sizə Böyük Britaniyada təhsil seçimləriniz barədə qərar verməyə kömək edəcək.

© 2020 SNG, All Rights Reserved.