Dixie Dövlət Universiteti - DSU

22 İyun 2020

Dixie Dövlət Universiteti - DSU

Əlaqə

Dixie Dövlət Universiteti gələcək tədris ili və 2020-ci ilin payızı üçün gələcək tələbələrə bəzi möhtəşəm xəbərlər verməkdən məmnunluq duyur. DSU proqram və kurslarını həm onlayn tədris vasitəsilə, həm də tələbələrin fiziki iştiraki ilə həyata keçirəcək. Utah ştatında, St. George şəhərinin mərkəzində yerləşən DSU tələbələr tərəfindən sevilən təbii gözəlliklərə yaxındır. DSU tələbələrə ölkədə, eləcə də Utahda ən az təhsil haqqı ödəməklə ali təhsil almaq imkanı verir. Çünki DSU-nun əsas məqsədi tələbələrdən gələn maddi qazanc deyil, tələbələrin karyeralarını inkişaf etdirmək üçün onlara lazımi vasitələrdən istifadə etmək imkanı yaratmaqdır.

St. George şəhərinin görməli yerləri:
St. George cəlbedici milli parkları, tələbələrin özlərinə inamını, təcrübəsini və dərsdən kənar bacarıqlarını artıran, əyləncəli fəaliyyətləri olan özünəməxsus bir məkandır. Dostlarınız, qrup və iş yoldaşlarınızla piyada gəzintiyə çıxmaq, velosiped sürmək və düşərgə qurmaq istəyirsinizsə, St. George şəhərinin Zion milli parkına baş çəkin. Əgər açıq havada olmağı sevən və başqaları ilə əyləncəli aktivitilər etməkdən həzz alan birisinizsə, St. George şəhəri təmiz hava almaq üçün mükəmməl seçimdir. Maraqlı, uzun bir piyada gəzintiyə çıxmaq istəyirsiniz? Həm öyrədici, həm də diqqətçəkici çətinliklərin olduğu qar kanyonuna gedin. Bəs qumda ATV yarışı zamanı müxtəlif fəndlər nümayiş etdirmək necə? At sürməyə və haqqında kitablarda oxuduğunuz ya da filmlərdə izlədiyiniz qəhrəmanlıqları hiss etməyə, spa terapiyası ilə rahatlamağa nə deyirsiniz? Bütün bunları asanlıqla əldə edə və karyeranıza uyğun iqtisadiyyat sahəsində ali təhsil alarkən eyni zamanda zövq də alacağınız zaman keçirə bilərsiniz.

DSU-da beynəlxalq tələbələr üçün təhsil haqqı:
DSU-dakı təhsil haqqı digər dövlət universitetlərinkinə uyğun olduğundan, təhsil alarkən maliyyə məsələləri haqqında narahat olmayın. Unutmayın ki, bu rəqəmlər nisbidir və dəyişə bilər. Üstəlik, bunlara tibbi sığorta, mənzil, kitab, təchizatlar və yaşayış xərcləri kimi bir çox başqa xərclər də daxildir.
• DSU-da ESL göstəricisi olmayan beynəlxalq tələbələr üçün təhsil haqqı 24410 dollara qədərdir.
• DSU-da ESl göstəricisi olan beynəlxalq tələbələr üçün təhsil haqqı 11340 dollara qədərdir.
ESL qəbulu üçün müraciət edən tələbələr əlavə sertifikat və sənədləri təqdim etməlidirlər.

Beynəlxalq tələbə təqaüdləri:
Tələbələr ya DSU-ya ilk dəfə qəbul üçün müraciət edən zaman, yaxud da təhsillərini davam etdirmək üçün müraciət edərkən təqaüd əldə edə bilərlər. Hər iki hal üçün tələblər aşağıda qeyd olunub.

İlk dəfə qəbul olanlar üçün:
• İngilis dili bilikləri:
o Ümumi TOEFL balı 68+ (Oxu - 22+ və Yazı 24+)
o Ümumi IELTS balı 6.0+ (Oxu 6.0+ və Yazı 6.0 +)
o ACT ingilis dili balı 17+
o SAT Yazı/Dil balı 24+
o Kollecə qəbul testi (CPT/Accuplacer) cümlə qurma bacarıqları üzrə bal 76+
• 3.0 GPA yaxud ekvivalenti ACT üzrə bal 26+ və ya SAT balı 1240+
Təqaüd alan tələbələr hər semester boyunca minimum 3,2 GPA səviyyəsini qoruyub saxlamalıdırlar. Tələbələr təqaüd üçün ərizələrini iyulun 1-dək təqdim etməlidirlər.

Təhsilini davam etdirən tələbələr:
• təqaüd üçün müraciət etməzdən əvvəl DSU-da və ya başqa bir bölgədə akkreditə olunmuş universitetdə ən azı 24 kredit saatını tamamlamış olmalı və ən az 3.2 GPA-ya sahib olmalıdırlar (ESL kreditləri istisna olmaqla);
• təqaüdü almağa davam etmək üçün hər tədris ilində 30 kreditlik əyani təhsil üçün qeydiyyatdan keçməli və ümumi GPA 3,2 səviyyəsini qorumalıdırlar (ESL kreditləri istisna olmaqla).
• Mənzil Xidmətləri daxil olmaqla mənzil kirayəsi müqaviləsi bağlamalı. Əgər yer olmazsa, müraciət edənlərə bu tələb güzəştə gediləcək.
• Təkmilləşmə dərəcəsi (Associates degree) və ya bakalavr dərəcəsi almaq niyyətində olmalıdırlar.
• Beynəlxalq Tələbə Xidmətləri Ofisinin nümayəndəsi tərəfindən imzalanmış uyğunluq təsdiqləməsinə sahib olmalıdır.

DSU-nun ESL Proqramı:
ESL proqramının əsas məqsədi əcnəbi tələbələrə ingilis dillərini mükəmməlləşdirməkdə kömək etmək və onların Amerika universitetlərinin normaları, standartları və mədəniyyətləri ilə daha yaxından tanış olmalarına imkan yaratmaqdır. ESL proqramı çərçivəsində tələbələrin akademik bacarıqlarının və nailiyyətlərinin artırılmasını hədəf götürən ən yaxşı mütəxəssislər 5 sahə üzrə tədris həyata keçirir.
Oxu: Tələbələrin ingilis dilində mətnləri oxuyarkən onları daha yaxşı dərk etməsinə yönəlib.
Dinləmə: Tələbələr dinləyərkən vacib qeydlər aparmağı və ingilis dilində dinləmə bacarıqları üzərində işləməyi öyrənirlər.
Yazı: Şagirdlər yazı tapşırıqları ilə fikirlərini ardıcıl və effektiv şəkildə təqdim və ifadə etməyi öyrənirlər.
Danışma: Bu bölmədə, tələbələr danışıq zamanı fikirlərini ingilis dilində ifadə etmək üçün təlimlər keçirlər. Onlar təqdimatları, nitqləri və sinif müzakirələrini ingilis dilində düzgün şəkildə necə aparmalı olduqlarını öyrənəcəklər.
Maariflənmə: Bu bölmədə əcnəbi tələbələr sinif otaqlarında qarşılıqlı ünsiyyət, həmçinin köçürmə və aldatma halları bağlı qaydalar haqqında məlumatlandırılırlar. Tələbələr həmçinin alimlər üçün istifadə olunan texnologiya haqqında da bilik əldə edəcəklər.

Müraciət:
Universitetin təklif etdiyi bakalavr və magistratura proqramları daha ətraflı məlumat aşağıdakı linkdə verilib:
Fakultələrin siyahısı

Əgər yeni tələbəsinizsə, yeni hesab yaradaraq ərizənizə başlaya bilərsiniz.

Hesab yaradın

Təhsilinizə davam etmək istəyirsinizsə, hesaba daxil olmaq üçün istifadə etdiyiniz göstəricilər Dixie istifadəçi adınız və şifrəniz deyil, universitetə ilk dəfə müraciət edən zaman istifadə etdiyiniz e-mail ünvanınız və şifrəniz olacaq:

Hesaba daxil olun

İdman təqaüdü
İdmana marağı olan tələbələrə şad xəbər! Tezliklə DSU-n Stanford və UCLA kimi daha rəqabətli universitetlərlə yanaşı Division 1-ə qoşulacağı gözlənilir. Əgər hobbinizi bir karyeraya çevirmək yaxud idmandakı üstünlüyünüzü dünyaya və ən güclü rəqiblərə qarşı göstərmək istəyirsinizsə, DSU sizə bu şansı verir. DSU kişilər üçün beysbol, basketbol, cross country (palçıqda qaçış yarışı), futbol, tennis və s. kimi bir sıra idman növləri təklif edir. Qadınların idman növlərinə bütün kişilərin idman növləri, həmçinin voleybol, üzgüçülük, qaçma-tullanma-atma yarışları və softbol da daxildir.
Bizə qoşulun və avadanlıq, azarkeş, rəqabət və bacarıqlı performanslarla dolu ekstravaqant idman toplumunun bir parçası olun. Universitet geniş idman proqramından əlavə, əcnəbi tələbələrə təqaüd də təklif edir. Yaxın gələcəkdə Division 1-ə daxil olmağımız əcnəbi tələbələrə təqaüd vermək üçün daha çox imkanlar yaradacaq.

Əcnəbi tələbələr üçün COVID-19 tələbləri:
Beynəlxalq tələbə olmaq və ali təhsil almaq üçün dünyanın müxtəlif yerində səyahət etmək özü-özlüyündə önəmli bir addımdır və bəzən bunun öhdəsindən gəlmək çətin ola bilər. Buna dünyaya kütləvi çaxnaşmaya və iqtisadi çöküşə səbəb olan yeni pandemiyanı da əlavə edin. DSU əcnəbi tələbələri inandırmaq istəyir ki, onlar tək deyillə və universitet tələbələrin ehtiyaclarını ödəməklərinə kömək etməyə çalışır. Bir çox əcnəbi tələbələr artıq universitetin göstərdiyi müsbət və effektiv münasibətin şahidi olublar. Universitet yaz fasiləsində pulsuz nahar təklif etdi, tələbələrə ərzaq almaqda kömək etdi və DSU-dakı, eyni zamanda sağlamlıqla əlaqəli mövzularda ən son məlumatlardan xəbərdar olmaları üçün onlarla daima elektron poçt vasitəsilə əlaqə saxladı.
DSU bütün tələbələrinin, xüsusən də beynəlxalq tələbələrin ailələri və dostlarından uzaq olmalarının onlar üçün çox çətin olduğunu nəzərə alaraq, onların təhlükəsizliyini və təhsillərinin davamlı olmasını təmin etməyə çalışır. Universitet komandası və işçi heyəti bu missiyanın həyata keçirilməsində böyük uğur qazanıblar.

DSU-da yeniliklər
Mükəmməl Atwood resursumuz və yenilikçi Plazamızla DSU-da iş imkanlarınızı genişləndirməkdən çəkinməyin.
Siz:
• 3D printerlərdən və texnoloji cəhətdən inkişaf etmiş avadanlıqlarla təchiz edilmiş bir iş yerindən istifadə edərək fikirlərinizi ortaya qoya biləcək;
• biznes düşüncələrinizi inkişaf etdirməkdə sizə kömək edəcək biznes mütəxəssisləri ilə görüşə biləcək;
• biznes ideyanız üçün patentlər, ticarət nişanları və daha çox şey təmin edə biləcək;
• STEM-lə bağlı imkanlarla maraqlanırsınızsa və ya Mühəndislik və Kompüter Mühəndisliyində mütəxəssissinizsə, ACE Akademiyasına qoşula biləcəksiniz.

DSU haqqında vizual məlumat verən videolarda daha ətraflı məlumat əldə edərək gələcək akademik yolunuzu gözünüzün qabağına gətirməkdən zövq alın!

Dixie Dövlət Universiteti - DSU
https://www.youtube.com/watch?v=-iGg_9QHrSg&t=83s
https://www.youtube.com/watch?v=1hIaj7xIa1w

DSU Payız 2020 semesteri
https://www.youtube.com/watch?v=31HVf9BBYQ8&t=30s

DSU yüksəlişdə
https://www.youtube.com/watch?v=3_7MRbf_itw

Sağlamlıq və İnsan fəaliyyəti Mərkəzi
https://www.youtube.com/watch?v=3x7iK8087zU&t=280s

Bir milyon xəyal
https://www.youtube.com/watch?v=8CHXk8gZLZk

© 2020 SNG, All Rights Reserved.