Dijital Media Marketinqi üzrə Almaniya təhsili

28 Noyabr 2020

Dijital Media Marketinqi üzrə Almaniya təhsili

Əlaqə

StudyNet Group şirkətinin Almaniyada yerləşən partnyor universitetlərindən biri Avropa Universiteti – University of Europe for Applied Sciences 2021-ci ildə bakalavr dərəcəsi üzrə yeni tədris proqramı təsis edib: Dijital Media Marketinqi. Proqramın müddəti 3 ildir və tədris Berlin və Hamburq kampuslarında tamamilə ingils dilində aparılacaq. Hamburq və Iserlohn kampuslarında proqramın alman dilində tədrisi də təşkil olunacaq. Proqrama qəbul, Sentyabr və Mart aylarında olmaqla iki semestrdə aparılacaq. Bundan başqa, proqram çərçivəsində təcrübə proqramları yaxud xaricdə təhsil proqramı da təklif olunur ki, bu da 5ci semestri əhatə edəcək.

Avropa Universtiteti 2018-ci ildə Almaniyada biznes təhsili üzrə müəssisələrin sıralamasında top onluqda qərarlaşıb. Universitetin professor kontingenti öz sahələrində peşəkar təcrübə və biliklərə sahibdirlər.
Universitetin təklif etdiyi bakalavr proqramlarının hər birinə 6 aylıq təcrübə proqramları və ya xaricdə təhsil proqramları da daxildir. Məzun olduqdan sonra hər bir tələbə, vizasının müddətini il yarım uzadaraq ölkədə qalıb təcrübə proqramları və ya yarım-ştat işlər tapıb işləyə bilər ki bu yolda sizə universitetin karyera xidməti yaxından köməklik göstərəcək.
Universitet həmçinin kampus daxilində ödənişsiz olaraq həftədə iki dəfə Alman dili dərsləri təşkil edir.
Universitetdə təhsil haqqı Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn tələbələr üçün illik 13.188 Avro təşkil edir. GPA göstəriciləri 80%-dən yüksək olan tələbələr üçün isə birinci ilin təhsil haqqına 30% endirim təklif olunur.

Müraciət üçün tələb olunan sənədlər:

  • Passport
  • Orta məktəb təhsili üzrə qiymət cədvəli və Attestat
  • İstək məktubu
  • CV
  • IELTS 5.5 / Duolingo 90 (sonradan da təqdim oluna bilər)
  • Ərizə forması

Kampuslardan görüntülər

StudyNet Group şirkəti artıq uzun illərdir ki, yerli və əcnəbi tələbələrin Avropa, Amerika və Kanadanın sayılıb seçilən təhsil müəssisələrində ali təhsil proqramları, xarici dil kursları, yay və qış proqramları, təcrübə proqramlarında iştirak hüququ əldə etməsi üçün tam xidmətlər paketi təklif edir. Əməkdaşlıq etdiyimiz universitetləri seçən tələbələr üçün bu xidmətlər tamamilə ödənişsiz olaraq həyata keçirilir.

Bizi düşündürən sizin təhsilin keyfiyyətidir...

© 2020 SNG, All Rights Reserved.