Coventry universitetindən qəbul almış tələbələrin nəzərinə...

27 May 2021

Coventry universitetindən qəbul almış tələbələrin nəzərinə...

Əlaqə

Artıq universitetlərə müraciət prossesi demək olar ki, başa çatıb və müsabiqəni uğurla başa vuran tələbələr seçdikləri universitetlərdən qəbul məktublarını əldə ediblər. Növbəti mərhələ kimi hər bir universitet özünün gələcək tələbələrinə mənəvi və davamlı dəstək nümayiş etdirərək onlarla virtual görüş günləri təşkil edir.

Xaricdə təhsil şirkəti olaraq, biz də müxtəlif universitetlərdən qəbul almış tələbələr üçün, şirkətimizin təhsil məsləhətçilərinin təqdimatında baş tutacaq silsilə onlayn görüşlər keçirməyi planlaşdırırıq. İlk belə tədbir, şirkətimizi Qafqaz regionunda ekskluziv əməkdaş olaraq seçən Coventry universitetindən qəbul almış tələbələr ilə keçiriləcək.

Coventry universiteti Birləşmiş Krallıq universitetləri arasında yüksək reytinqlərdə yer aldığı kimi, universitetin təklif etdiyi proqramlar da sıralamalarda ayrı-ayrılıqda yuxarı pillələrdə qərarlaşır. Təsadüfi deyil ki, hər il xaricdə təhsil üçün şirkətimizə müraciət edən tələbələrin seçim etdikləri universitetlər arasında Coventry universiteti qabaqcıl sıralardadır.

StudyNet Group şirkəti universitetin beynəlxalq partnyorları arasında yer almasından məmnunluq duyur və universitetdən qəbul almış tələbələri 1 İyun 2021 -ci il tarixdə, saat 16.00-da (Bakı vaxtilə) keçiriləcək Onlayn görüşdə iştirak etməyə dəvət edir.

Qeydiyyat linki

© 2020 SNG, All Rights Reserved.