Coventry universitetində təqaüd proqramları

26 Noyabr 2020

Coventry universitetində təqaüd proqramları

Əlaqə

Birləşmiş Krallıq universitetləri sırasında 15-ci yeri tutan, 7 il ardıcıl olaraq (2013-2019) ölkənin ən müasir universiteti seçilən Coventry universiteti qarşıdakı Yanvar 2021 qəbul semestrində əcnəbi tələbələr üçün təqaüd proqramları təklif edir.
Qabaqcıl tələbə təqaüdü
Bu proqram çərçivəsində Yanvar 2021 semestrində qəbul olunmuş hər bir tələbə üçün təhsil haqqına £1,500 endirim təklif olunur. Təqaüdə müraciət etmək üçün xüsusi ərizə formasına ehtiyac yoxdur. Coventry universitetindən qəbul almış və 1 Dekabr 2020 tarixinədək ilkin ödənişi tamamlamış hər bir tələbə öz ölkəsinin qiymətləndirmə sisteminə əsasən göstərdiyi nəticələrə görə bu təqaüdlə təltif olunur. Təqaüd bakalavr, magistratura və həmçinin hazırlıq proqramı tələbələrinə şamil edilir.
Müraciət üçün son tarix: 1 Dekabr 2020

Sahibkarlıq təqaüdü
Beynəlxalq sahibkarlıq üzrə magistr təhsili biznesə marağı olan və yerli və beynəlxalq bazarda özünəməxsus dəyər yaratmaq istəyən tələbələr üçün əvəzsiz proqramdır. Sahibkarlıq qlobal iqtisadiyyata, davamlılıq və inkişafa fayda verən əsas amillərdəndir. Qlobal dövlətlərin sahibkarlığa qarşı artan marağı özəl və dövlət sektorunda sahibkarlıq üzrə təhsili ön plana çəkib.
Coventry universitetinin təklif etdiyi magistratura proqramına, bakalavr təhsilini yeni bitirmiş məzunlar, potensial sahibkarlar, artıq biznesə başlamış olan sahibkarlar və fərdlər, yeni sahibkarlıq layihələrinə imza atmaq və ya daha böyük şirkətlərdə yeni iş imkanları tapmaq üçün müraciət edə bilər. Bu proqram xüsusilə öz bizneslərini xarici bazarlarda başlamaq, inkişaf etdirmək və genişləndirmək istəyən tələbələr üçün nəzərdə tutulub.
Təqaüd proqramı Yanvar 2021 semestrinə qəbul olan tələbələrin təhsil haqqına £3,500 məbləğində endirim nəzərdə tutur.
Müraciət üçün son tarix: 5 Dekabr 2020

İdman üzrə təqaüd
Coventry universiteti idman sahəsində xüsusi istedada malik olan və universiteti idman yarışlarında yüksək səviyyədə təmsil edə biləcək 40-45 tələbəyə hər il 1-ci səviyyə üzrə £1,500, 2-ci səviyyə üzrə £3,000 məbləğində təhsil haqqına endirim təklif edir.
2021/2022 tədris ili üzrə təqaüd proqramına ərizə qəbulu davam edir.

StudyNet Group şirkətinin strateji partnyorlarından biri olan Coventry universitetinə hər il orta hesabla 20-25 tələbə şirkətin dəstəyi ilə təhsil almağa yollanır. Coventry universitetində təhsil haqqı illik 15 min funtsterlinq civarında olmaqla Birləşmiş Krallıqda təhsil almaq üçün ən əlverişli seçimlərdəndir. Universitetin London, Coventry və Scarborough şəhərlərində yerləşən kampuslarda təhsil eyni səviyyədə yüksək kefiyyətlə aparılır.
Universitet 2021-ci ilin birinci yarısı üçün iki qəbul semestri elan edir – YanvarMart aylarında.
Universitetin təklif etdiyi digər proqramlar, müraciət üçün tələb olunan sənədlər və təqaüd proqramları ilə bağlı şirkətimizin təcrübəli məsləhətçiləri sizə istədiyiniz zaman lazımi köməklilyi göstərməyə hazırdırlar. Biz sizə universitetə müraciət ərizəsinin hazırlanmasında, şəxsi istək məktubunun yazılmasında, qəbul prossesinin izlənilməsində və universitetdən qəbulun alınmasında, vizanın əldə olunmasında tam dəstək təklif edirik.

Təhsil yolunuzda bələdçiniz biz olacağıq!!!

© 2020 SNG, All Rights Reserved.