City, London Universitetində Mühəndislik dərəcəsi üzrə yeni seçimlər

02 İyul 2022

City, London Universitetində Mühəndislik dərəcəsi üzrə yeni seçimlər

Əlaqə

Ən qədim Mühəndislik proqramı təminatçılarından biri olan City, London Universiteti indi bu dərəcə ixtisası üzrə üfüqlərini genişləndirir və Mühəndislik üzrə yeni proqramlar təklif edir.

Universitet mühəndislik sahəsində yeddi yeni perspektivli bakalavr proqramı təqdim edir. Sənayenin ehtiyacları haqqında kifayət qədər məlumat və təcrübəyə sahib olaraq, Universitet diqqətlərini sabahın çağırışlarına innovativ və davamlı mühəndislik həlləri tapmağa yönəldir. Yeni açılan proqramlarla aşağıda tanış ola bilərsiniz.

2023-cü ilin sentyabrından başlayaraq tələbələr yeni akademik istiqamətlərinə bu proqramlar ilə başlaya bilərlər:

  • Aerokosmik mühəndislik – BEng/MEng (Hons)
  • Biotibbi və Səhiyyə Mühəndisliyi – BEng/MEng (Hons)
  • Mülki və İnfrastruktur Mühəndisliyi – BEng/MEng (Hons)
  • Enerji və Davamlılıq Mühəndisliyi – BEng/MEng (Hons)
  • Mühəndislik Sistemləri – BEng/MEng (Hons)
  • Biznes və Mühəndislik – BEng/MEng (Hons)
  • Mexanika və Dizayn Mühəndisliyi – BEng/MEng (Hons)

Adlarından da bəlli olduğu kimi, mühəndislik karyeranızı davam etdirmək üçün bir sıra ixtisaslaşmış seçimlər var. Tələbələr uçuş simulyatorları, ən müasir külək tunelləri, sınaq avadanlığı, biotibbi tədris təcrübəsi, davamlı gələcək, eləcə də maliyyə, iqtisadiyyat və daha çox şey daxil olmaqla bir sıra biliklərə yiyələnə bilərlər.

1966-cı ildə universitet statusu qazanan City, University of London, Böyük Britaniyada ən çox beynəlxalq və magistr tələbəsi olan universitetlərdən biridir. City, London Universiteti 2009-cu ildə "People and Planet Green" Liqasında 71-ci yerdən 31-ci yerə yüksəlmişdir. Universitetin 7 fakültəsi ilə (İncəsənət fakültəsi, Mühəndislik və Rəqəmsal Elmlər Fakültəsi, İqtisadiyyat Fakültəsi, Sosial Elmlər və Sağlamlıq Elmləri Fakültəsi, İnformasiya Elmləri, Sosial Elmlər Fakültəsi, Hüquq Fakültəsi) yüksək keyfiyyətli universitetlər arasındadır.

City, London Universiteti-nin Azərbaycanda rəsmi tərəfdaş agentliyi olan StudyNet Group bütün proseslərdə beynəlxalq və yerli tələbələrə kömək etməkdən məmnundur.

© 2020 SNG, All Rights Reserved.