Çikaqonun mərkəzində - DePaul Universiteti

02 Oktyabr 2021

Çikaqonun mərkəzində - DePaul Universiteti

Əlaqə

Tələbə sayına görə ABŞ-da 13-cü ən böyük universitet olan DePaul Universiteti kampus daxilində yüksək keyfiyyətli tədris binaları, eləcə də kitabxana, oxu zalları, yeməkxana, tələbələrə təqdim edilən ən son texniki avadanlıqlarla tələbələr üçün mükəmməl universitet şəraiti təqdim edən təhsil müəssisəsidir.

Amerikanın əhalisinin sayına görə üçüncü ən böyük şəhəri olan Çikaqoda yerləşən bu universitet, Linkoln Parkında yerləşən kampusu ilə kiçik bir kollec təəssüratı yaradarkən, Loop kampus ilə böyük şəhər hissi yaradır. Universitet oyun dizayn proqramı, kino və teatr sahəsində ən yaxşılardan hesab olunur. Hazırda 25,000-nə yaxın tələbənin təhsil aldığı bu universitet, onu ölkənin ən böyük Katolik universitetlərindən biri halına gətirir.

Dərsdənkənar fəaliyyətlər ilə yanaşı müxtəlif dərs kreditləri təklif edərək DePaul Universiteti tələbələrə gələcəkdə bir sıra nəaliyyətlər qazanmaları üçün bir çox imkanlar yaradır.

DePaul Universiteti bir sıra dərəcələr üzrə proqramlar təklif edir ki, bunlara Biznes; Kommunikasiya; Rəqəmsal media; Təhsil elmləri; Hüquq; Liberal incəsənət; Tibb elmləri və eləcə də Musiqi daxildir.

Bir çox tələbələr mühasibatlıq üzrə ən yaxşı təhsil müəssisəsi olduğunu şərh edir. Bunlarla yanaşı, universitetin yerləşdiyi ərazi, eləcə də uyğunlaşdırıla bilən dərs saatları hər bir tələbə üçün arzuolunan imkandır.

Əgər siz də DePaul Universitetinin təqdim etdiyi proqramlarla maraqlanırsınızsa və ya ABŞ universitetləri haqqında qərar verə bilmirsinizsə, vaxt itirmədən bizə zəng edə və ya ofisimizi ziyarət edə bilərsiniz. Təcrübəli təhsil məsləhətçilərimiz bütün proseslərdə sizə kömək edəcəkdir.

© 2020 SNG, All Rights Reserved.