Chevening Təqaüdü üçün müraciətlər artıq açıqdır!

06 Avqust 2022

Chevening Təqaüdü üçün müraciətlər artıq açıqdır!

Əlaqə

Böyük məmnuniyyətlə nəzərinizə çatdırmaq istəyirik ki, Böyük Britaniya Hökuməti tərəfindən təqdim olunan Chevening Təqaüdünə müraciətlər 2 avqust - 1 noyabr 2022-ci il tarixləri arasında açıqdır!

Chevening təqaüdü 1953-cü ildə təsis edilib və bu günə qədər 50.000-dən çox təqaüdçü bir il ərzində Birləşmiş Krallıqda təhsil almaq imkanı qazanıb. Bu təqaüd, müsbət təsir göstərmək istəyən və cəmiyyətdə qalıcı bir dəyişiklik etmək və gələcəyə qlobal həll yolları vermək qabiliyyətinə malik olan gəncləri dəstəkləməyi hədəfləyir. Ümumilikdə isə, təqaüd, müəyyən liderlərin müsbət dəyişiklik gətirərkən qarşılaşa biləcəkləri maneələri aradan qaldırmağı nəzərdə tutur.
Qeyd olunmalıdır ki, təqaüd təhsil müddətində bütün xərclərin tam maliyyələşdirilməsinə hədəflənib. Mükafatlara layiq görülən gənclər bir il ərzində Böyük Britaniyada yaşamaq, təhsil almaq və peşəkar məqsədlərinə nail olmaq, həyat təcrübələrini maksimuma çatdırmaq üçün fürsət əldə edəcəklər.

Chevening təqaüdü sadalanan xərcləri əhatə edir: təhsil haqqı, ölkəyə giriş və çıxış biletlərinin əldə olunması, viza prosesləri və tələb olunduqda sağlamlıq barədə test xərcləri.

İki kateqoriyan birinə uyğun gələn ərizəçilər seçim mərhələsinə keçmək hüququ qazanacaq. Onlardan ilki, ərizəçi müvafiq ölkənin və ya ərazinin vətəndaşıdır, bakalavr dərəcəsinə sahibdirsə və Böyük Britaniyanın müvafiq universitetindən qəbul qazanmışdırsa, uyğun hesab edilir. Bundan başqa, təqaüd almaq hüququ olan ölkədə qaçqın və vətəndaşlıq statusuna sahib olan vətəndaşlar da müraciət etmək hüququna malikdirlər.

İkinci tələb isə iş təcrübəsinə əsaslanıb. Bütün müraciət edənlər 2,800 saat və ya iki il müddətində iş təcrübəsinə sahib olmalıdır.

Təqaüd ilə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.

StudyNet Group xarici universitetlər ilə sıx tərəfdaşlıq əlaqələrinə sahibdir və bununla Böyük Britaniya universitetlərinə müraciət etmək istəyən tələbələrə ərizələrin hazırlanması və təqdim edilməsində, vizalarının alınması və yaşayış yerlərinin bron edilməsi kimi bir sıra prosesdə yerli və xarici tələbələrə tam dəstək verir.

© 2020 SNG, All Rights Reserved.