Chevening Təqaüd Proqramı

07 Avqust 2021

Chevening Təqaüd Proqramı

Əlaqə

İngiltərə Hökuməti, Chevening Təqaüd Proqramı üçün müraciətlərin 3 Avqust və 2 Noyabr 2021 tarixlərində açıq olduğunu açıqladı.

Chevening təqaüdü 1953-cü ildə təsis edilib və bu günə qədər 50.000-dən çox təqaüdçü bir il ərzində Birləşmiş Krallıqda təhsil almaq imkanı qazanıb. Bu təqaüd, müsbət təsir göstərmək istəyən və cəmiyyətdə qalıcı bir dəyişiklik etmək və gələcəyə qlobal həll yolları vermək qabiliyyətinə malik olan gəncləri dəstəkləməyi hədəfləyir. Ümumilikdə isə, təqaüd, müəyyən liderlərin müsbət dəyişiklik gətirərkən qarşılaşa biləcəkləri maneələri aradan qaldırmağı nəzərdə tutur.
Qeyd olunmalıdır ki, təqaüd tam maliyyələşdirilir. Mükafatlara layiq görülən gənclər bir il ərzində Böyük Britaniyada yaşamaq, öyrənmək və peşəkar məqsədlərinə nail olmaq və həyat təcrübələrini maksimuma çatdırmaq üçün fürsət əldə edəcəklər.

Chevening təqaüdü sadalanan xərcləri əhatə edir: təhsil haqqı, ölkəyə giriş və çıxış biletlərinin əldə olunması, viza prosesləri və tələb olunduqda sağlamlıq barədə test xərcləri.

İki kateqoriyan birinə uyğun gələn ərizəçilər seçim mərhələsinə keçmək hüququ qazanacaq. Onlardan ilki ərizəçi müvafiq ölkənin və ya ərazinin vətəndaşıdır, bakalavr dərəcəsinə sahibdirsə və Böyük Britaniyanın müvafiq universitet kursuna qəbul edilmişdirsə uyğun hesab edilir. Bundan başqa, təqaüd almaq hüququ olan ölkədə qaçqın və vətəndaşlıq statusuna sahib olan vətəndaşlar da müraciət etmək hüququna malikdirlər.

İkinci uyğun namizəd növü isə iş təcrübəsi tələb edir. Bütün müraciət edənlər 2,800 saat və ya iki il müddətində iş saatlarına sahib olmalıdır.

Təqaüd üçün müraciət ərizələrinə buradan keçid edin.

StudyNet Group xarici universitetlər ilə sıx tərəfdaşlıq əlaqələri saxlayır və bununla yanaşı Böyük Britaniya universitetlərinə müraciət etmək istəyən tələbələrə vizalarının alınması və yaşayış yerlərinin bron edilməsi, ərizələrin hazırlanması və təqdim edilməsində yerli və xarici tələbələrə tam dəstək verir.

© 2020 SNG, All Rights Reserved.