Cənubi Florida universiteti

24 Aprel 2020

Cənubi Florida universiteti

Əlaqə

Cənubi Florida universiteti, sizə uyğun bir zamanda universitet nümayəndəsi ilə onlayn şəkildə görüşməyiniz üçün internet portal yaradıb. 30 dəqiqəlik onlayn görüş zamanı siz universitet və proqramlar haqqında istənilən sualınızı təhsil mərkəzinin 2 rəsmi nümayəndəsinə ünvanlayaraq, cavab tapmaq imkanı əldə edirsiniz. Bununla, interaktiv görüş zamanı universitet haqqında sizi maraqlandıran bütün məsələlərə aydınlıq gətirə bilərsiniz.
Tampa körfəzinin mərkəzində yerləşən və nüfuzlu tədqiqat müəssisəsi olan Cənubi Florida universitetinin əsas məqsədi tələbələrin potensialını artırmaq və gələcək həyatlarında nailiyyətlər əldə etməsində köməklik etməkdir. 1956-cı ildə əsası qoyulan universitet 14 kollecdə İctimai səhiyyə, Tibb, Mühəndislik, Biznes, İncəsənət və bir çox istiqamətlərdə çoxsaylı proqramlar təklif edir.
Onlayn görüşə qeydiyyat
Bundan başqa siz universitetin hazırki tələbələri ilə ünsiyyət yaradaraq, orada keçirdikləri həyat tərzi, fəaliyyətlər və universitetin təklif etdiyi proqramlar haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Universitet tələbələri ilə əlaqə
Universitet kampusunun virtual turuna da qoşulmaq da tövsiyyəolunandır. Bununla siz, olduğunuz yeri tərk etmədən universitetə interaktiv və məlumat xarakterli vidyo turla səyahət edə bilərsiniz!
Universitetə virtual səyahət

Cənubi Florida universitetinin (USF) reytinqi:

  • Əqli Mülkiyyət Sahibləri Assossasiyasına/NAI (2018) əsasən universitet, dünya ölkələri arasında ABŞ patenti olan 16-cı, dövlət universitetləri arasında 7-ci, Florida üzrə isə 1-ci universitetdir.
  • USF Tampa, nüfuzlu Milken İnstitutu tərəfindən təşkil olunan “Ən yaxşı Texnoloji Transfer universitetləri - 2017” sıralamasında 19-cu yer tutur.
  • 2020-ci il üzrə Amerikada Xəbərlər və Dünya hesabatı Milli universitet reytinqinə görə dövlət universitetləri arasında 44-cü pilləyə, dövlət və özəl universitetlər arasında 104-cü pilləyə yüksəlmişdir.
  • 2019 Times Ali Təhsil (Times Higher Education THE) Universitetinin sıralamasına əsasən, Cənubi Florida universiteti Florida üzrə birinci yeri, ölkə üzrə 5-ci yeri dünya universitetləri arasında isə 73-cü yeri tutur.

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:
Cənubi Florida Universitetinin ölkəmizdə yeganə partnyoru olaraq, biz sizə xaricdə ali təhsil almanız üçün müvafiq tələbləri ödəməkdə yardımçı oluruq. Yuxarıda qeyd olunan tədbirə qoşulmaq, həmçinin bir çox sahələrdə ödənişsiz xidmətlərimizdən faydalanmaq üçün bizə yazın. Biz tələbələrimizə yüksək dəyər verərək aşağıdakı xidmətləri təklif edirik:

  • Proqram seçimi üzrə bələdçilik
  • Dünya miqyaslı universitetlərdə yerləşdirmə
  • Vizanın alınmasında yardım
  • Proqramla və universitet tədbirləri ilə bağlı məsləhət
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Müxtəlif sahələri əhatə edən akademik konsultasiya
© 2020 SNG, All Rights Reserved.