Cenevrə kampusunda təqaüdlü BA Payız proqramları

15 İyul 2023

Cenevrə kampusunda təqaüdlü BA Payız proqramları

Əlaqə

Cenevrə kampusunda BA Payız proqramları ilə maraqlanan tələbələr üçün əla xəbərimiz var!

StudyNet tələbələri üçün Cenevrə şəhərciyi üçün Akademik Fəaliyyət Təqaüdü iyulun sonuna qədər uzadıldı.

Bu sizin müraciət edib 30%-ə qədər təqaüd almaq şansınızdır.

ÜMUMİ MƏLUMAT
• Təqaüd tam zamanlı bakalavr, magistr və MBA tələbələri üçün nəzərdə tutulub.
• Təqaüd akademik mükəmməliyətə əsaslanır və təhsil haqqının 30%-ə qədərini əhatə edir.

Universitetin ümumi qəbul tələblərinə əlavə olaraq, namizədlər təqaüd qazanmaq üçün aşağıdakı meyarlara cavab verməlidirlər:

4.0 miqyasında minimum 3.7 GPA.
İngilis dili biliyi testi:

  • Bakalavr üçün müraciət edənlər minimum 90 TOEFL və ya IELTS 6,5 bal təqdim etməlidirlər
  • Magistr və MBA ərizəçiləri minimum TOEFL 95 və ya IELTS 7 bal təqdim etməlidirlər.

EU Biznes Məktəbi canlı, kosmopolit şəhərlərdə fəaliyyət göstərən Avropanın ən görkəmli biznes təhsili müəssisələrindən biridir.

1973-cü ildə əsası qoyulan bu universitet dünyanın bir neçə yerində - Barselona, Cenevrə, Münhendə fəaliyyət göstərir. Ən yaxşı akademiklər, məsləhətçilər, sahibkarlar və biznes liderləri 100-dən çox millətdən ibarət çoxmədəniyyətli tələbə kollektivinə EU Biznes Məktəbinin innovativ biznes proqramlarını ingilis dilində tədris edir.

© 2020 SNG, All Rights Reserved.