Cardiff University - Scholarship

19 İyul 2018

Cardiff University - Scholarship

Əlaqə

QS World University reytinqinə əsasən dünyanın TOP150 universiteti arasında yer alan Cardiff Universiteti Birləşmiş krallığın dünyaca məhşur və yüksək reytinqli universitetlərindən biridir (1883).
Russell Group üzvü 24 aparıcı universitetdən biri hesab edilən Cardiff Universiteti tədqiqat universitetidir. Cardiff Business Məktəbi bu universitetin əsas departamentlərindən biri hesab edilir. Cardiff Business School dünyanın yalnız 5%-i biznes məktəblərinin sahib olduğu AACSB akreditasiyasını qazanmışdır. Cardiff Business School Uels krallığında eyni zamanda bu akreditasiyaya sahib yeganə business school-dur.

Birləşmiş Krallıq kimi nüfuzlu ölkənin universitetlərində təhsil almaq çoxlarımızın arzusu olsa da yüksək təhsil eləcə də yaşam xərcləri bu arzunun gərçəkləşməsinə imkan vermir. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə tələbənin karyerasında yüksəliş etmək və fərqli təcrübələr qazanmaq üçün seçim etdiyi Cardiff Universitetinin Cardiff Business School-u Don Barry MBA adlanan təqaüd proqramı elan edir. Təqaüd proramının ümumi məbləğı 10000 funt sterlinqdir ve qazandığınız tədqirdə bu məbləğ sizin təhsil haqqınızdan çıxılacaq. Təqaüd proqramı yalnız 2018-2019 akademik ili üçün keçərlidir və son müraciət tarixi 31 iyul 2018 dir.

Təqaüd haqqında daha ətraflı məlumat almaq üçün Cardiff Universitetinin Azərbaycanda yeganə rəsmi nümayəndəsi StudyNet Group-a müraciət edə bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.