Cardiff Universiteti

16 May 2020

Cardiff Universiteti

Əlaqə

Cardiff Universiteti tələbələri səmimiyyətlə qarşılayır və onlara gələcək inkişafları üçün geniş imkanlar təklif edir. Cardiff universitetini seçərək öz dünyanızın lideri olmaq üçün sizə bir neçə səbəb:

1) Cardiff universitetindən məzun olduqdan sonra siz işəgötürənlərin gözündə ən perspektivli işçi olacaqsınız. Universitet məzunlarının 95.7%-i universiteti bitirdikdən sonra 6 ay ərzində asanlıqla işlə təmin olunur yaxud təhsillərini davam etdirirlər. Bu baxımdan universitet Oxford (93.4%) və Cambridge (93.1%) universitetlərindən irəlidədir.
2) Cardiff Universiteti iş tapmaq qabiliyyətinə görə Birləşmiş Krallıq universitetləri arasında 7-ci yerdə durur. Karyera bacarıqlarını inkişaf etdirmək və gələcək fəaliyyətlərinə addım atmaq istəyən tələbələr üçün universitetin karyera xidmətləri çox faydalıdır. Ətraflı məlumat üçün linkə keçid edin.
Karyera və iş qabiliyyəti
3) Təhsilinizə macəra qatmaq istəyirsiniz? Universitetin 300-dən çox beynəlxalq təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələri var və bu da tələbələrə Avropada təhsil almaqla əhatələrini genişləndirmək imkanı verir.
4) Universitet geniş proqram seçimi təklif edir. Siz seçdiyiniz proqram kursunu öz maraqlarınıza uyğun fənlərlə tərtib edə bilərsiniz. Bəzi kurslarda, həmçinin yekun dərəcə seçimini yubatmaq şansı da verilir. Təhsil aldığınız dərəcəni uğurla tamamladığınız halda, ixtisas imtahanından qismən azad olmaq imkanı verilir.
5) Bacarıqlarınız arasına yeni xarici dil bilikləri əlavə etmək sizi həmişə üstün göstərə bilər. Universitet, tələbələrə ödənişsiz xarici dil öyrənmək imkanı verir!
6) Cardiff Universitetində təhsil almaqla siz tədqiqat bacarıqlarınızı asanlıqla inkişaf etdirə biləcəksiniz, belə ki, burada siz beynəlxalq elm adamlarının apardığı ən son araşdırma və tədqiqat layihələrinin canlı iştirakçısına çevriləcəksiniz.
Universitet Tələbələrə Dəstək xidmətləri və tədris zonaları üçün bir mərkəz olan Tələbə Yaşam Mərkəzi təşkil etmək məqsədilə 50 milyon funt dəyərində bir plan hazırlayaraq, Cardiff universitetini elmi kompleks mərkəzi səviyyəsinə çatdırmağı hədəf götürüb.
StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:
Studynet Group artıq neçə illərdir ki, universitet ərizələrinin hazırlanması və gələcək tələbələrin ali təhsil almasında yardımçı olmaq üzrə təcrübə toplayıb. Şirkətimiz aşağıda qeyd olunan xidmətləri göstərməklə sizin üçün bu prosesi daha da asanlaşdırır:
• Proqram seçimində köməklik
• Qəbul şərtlərinin ödənilməsində dəstək
• Xaricdə yaşayış yerlərinin bron edilməsi
• Viza dəstəyi

© 2020 SNG, All Rights Reserved.