Şirkətimizin əməkdaşı olduğu Cambridge Assesment English mərkəzi bu çətin dövrdə imtahan mərkəzləri, müəllimlər və ingilis dili öyrənmək istəyənlər üçün öz dəstəyini göstərməkdə davam edir. Belə ki, mərkəz müəllimlərə yeni təlim metodlarını tətbiq etmək üçün geniş miqyasda resurs toplayıb. Təklif olunan yeni dərs planları həm onlayn dərslər zamanı həm də məktəbə geri qayıtdıqdan sonra istifadə oluna bilər. Onlar 45 dəqiqəlik dərs müddətində müəllimlərin çatdırmaq istədiyi bütün məlumatları, tapşırıq vərəqləri, ev tapşırıqları və daha çoxunu əhatə edir.
Materiallar səviyyələr üzrə qruplaşdırılıb və aşağıdakı linkdə yerləşdirilib:
https://www.cambridgeenglish.org/supporting-teachers/
Distant təhsil üçün qaydalar toplusundan istifadə edərək, Cambridge rəsmi imtahanına hazırlaşmaq üçün kurs kitablarının virtual dərslərə necə tətbiq olunacağı barədə öyrənə bilərsiniz.
Elektron posterlərin köməyi ilə hər bir level üçün tamamilə ödənişsiz oyunlar və imtahana hazırlaşmaq üçün materiallar əldə edə bilərsiniz:
Pre A1
A1
A2 flayerlər
A2
B1
B2
CAE eyni zamanda karyerasının istənilən nöqtəsində olan müəllimlər üçün kvalifikasiya imtahanları təşkil edir.
İmtahanlar haqqında ətraflı məlumat
Proffesional inkişaf proqramları isə sizə şəxsi peşə fəaliyyətiniz üzrə inkişaf yolunuzu, necə irəliləmək lazım olduğunu, müəyyənləşdirməyə kömək edəcək.
Cambridge English mərkəzinin internet platfomasında həmçinin Tədris materialları, İmtahana Hazırlıq, Müəllimlərin bloqları , Onlayn tədrislə bağlı vebinarlar, Yazı bacarıqlarının inkişaf etdirilməsi, Müəllimlər üçün əlavə vəsaitlər yer alıb
StudyNet Group şirkəti sizə Cambridge English mərkəzinin bütün tədbirləri, proqram və imtahanları haqqında ətraflı məlumat verməyə, imtahan mərkəzinin professional heyəti sizin bütün suallarınızı cavablandırmağa hazırdır.