"Cambridge Assessment English" Proqramı

23 Sentyabr 2020

"Cambridge Assessment English" Proqramı

Əlaqə

Müasir dünyada təhsil və iş potensialının əhatə dairəsi birbaşa olaraq, ingilis dili biliklərimizin səviyyəsi ilə ölçülür. Beynəlxalq səviyyədə artıq yeganə ünsiyyət dili kimi təşəkkül tapmış ingilis dilinin hazırlığı və bilik səviyyəsinin yoxlanması üçün qlobal şəkildə tanınan dil proqramları və test mərkəzləri mövcuddur. Bunlardan biri də, Cambridge Assessment English-dir. 1913-cü ildən bəri fəaliyyət göstərən dil proqramının 2800 sayda rəsmi imtahan mərkəzi, 50 mindən çox sayda imtahana hazırlıq mərkəzləri mövcuddur. Proqramın, dünyanın müxtəlif yerlərində yerləşən və 130 ölkəni əhatə edən 27 beynəlxalq ofisi mövcuddur.

CAE təqdim etdiyi xidmətlərə - İngilis dili üzrə hazırlıq proqramları, CAE imtahanının keçirilməsi və dil sertifikatının təmin olunması daxildir. Hazırlıq proqramları istənilən səviyyə (A1-C1) və kateqoriya (General English, Business English və s.) üzrə aparılır.

İngilis dili üzrə bilik səviyyəsini asanlıqla yoxlamaq üçün CAE, kateqoriyalar üzrə onlayn test təqdim edir:
Səviyyə testi

Saytda həmçinin ingilis dilini sərbəst öyrənənlər üçün pulsuz materiallar da mövcuddur:
Onlayn materiallar

Burada dil biliklərini təkmilləşdirmək üçün 175-dən çox praktiki materiallar təqdim olunur.
Hazırlıq mərhələsini bitirdikdən sonra növbəti və sonuncu mərhələ CAE imtahanından keçərək ingilis dili sertifikatının əldə olunmasıdır.

CAE proqramının ölkəmizdə rəsmi imtahan mərkəzi statusuna sahib olan StudyNet Group şirkəti imtahan prossesinin keçirilməsini təşkil edir. İmtahanın nəticələri sertifikat şəklində iştirakçıya təqdim olunur.

CAE sertifikatının üstünlükləri:

  • 150 ölkə, 20 min müxtəlif şirkət, təhsil müəssisəsi və təşkilat tərəfindən rəsmi göstərici kimi qəbul olunur
  • dünyada hər il təxminən 5.5 milyon nümayəndə bu sertifikatın müxtəlif dərəcələrini alır
  • sadəcə akademik ingilis dili üçün deyil, biznes ingilis dili dərəcələri də mövcuddur
  • müddətsizdir
  • dünyanın 25 minə yaxın universiteti, şirkət və təşkilatları tərəfindən qəbul olunur. Siyahı

İmtahan mərkəzimiz haqqında ətraflı məlumatı saytımızın müvafiq bölməsindən əldə edə bilərsiniz:
https://sng.az/c/cambridge-english

© 2020 SNG, All Rights Reserved.