CAE imtahanı nədir?

07 Noyabr 2018

CAE imtahanı nədir?

Əlaqə

CAE (Certificate in Advanced English) beynəlxalq ingilis dili imtahanlarının təsisçisi olan Cambridge Assessment English tərəfindən yaradılmışdır. CAE imtahanı dünya miqyasında 20 000-dən çox nüfuzlu universitetlər, işə götürən təşkilatlar, biznes mərkəzləri və dövlət müəssisələri tərəfindən rəsmi olaraq yüksək ingilis dili bacarığının təsdiqi kimi qəbul edilir. CAE imtahanı dünyanın ən yüksək reytinqli ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradır.

CAE sertifikatını rəsmi olaraq tanıyan universitetlər:

  • Oxford University
  • Cambridge University
  • Kings College London
  • UCL –University College London
  • The University of Sydney
  • The University of Edinburgh

İmtahan formatı:

İmtahan 4 mərhələdən (İngilis dilinin istifadəsi və oxuma, yazma, dinləmə, danışıq) ibarətdir.

  1. İngilis dilinin istifadəsi və oxuma (1 saat 30 dəqiqə)
  2. Yazma (1 saat 30 dəqiqə)
  3. Dinləmə (40 dəqiqə)
  4. Danışıq (15 dəqiqə (2 namizəd üçün)

Nəticələr

  • Yazılı baş tutmuş imtahanın nəticələri imtahandan 4-6 həftə sonra, komputer əsasında keçirilən imtahan nəticələri isə imtahandan 2-3 həftə sonra məlum olur.
  • Bütün namizədlər imtahan nəticələri haqqında bəyanat əldə edirlər və nəticələri uğurlu hesab edilən namizədlər sertifikatla təltif olunur.

İmtahan mərkəzi – SNG Group
CAE imtahanının Cambridge Assessment English tərəfindən sertifikatlaşdırılmış Bakıdakı rəsmi mərkəzlərindən biri “SNG Group”MMC şirkətidir.

  • İmtahana hazırlıq prosesində ana dili ingilis dili olan müəllimlərimiz sizlərə yardımçı olacaq. Siz bizim şirkətdə peşəkar və motivasiyalı komandamızın dəstəyindən istifadə etməklə imtahandan uğurlu nəticə əldə edə bilərsiniz.
  • Rəsmi imtahan və hazırlıq mərkəzi olaraq ödənişsiz şəkildə sizi hazırlıq materialları ilə təmin edirik.
  • Şirkətimizin əməkdaşlarının köməyi ilə imtahandan online şəkildə rahatlıqla qeydiyyatdan keçə bilərsiniz.
  • İmtahan sertifikatınızı əldə etdikdən sonra əməkdaşlarımız ödənişsiz şəkildə sizə xaricdə təhsil ilə bağlı düzgün seçim etməkdə yardım edəcək.

CAE imtahanlarının keçirilmə tarixi haqqında və daha ətraflı məlumat əldə etmək üçün ofisimizə yaxınlaşmağınız ve yaxud bizimlə email və ya telefon vasitəsi ilə əlaqə saxlamağınız kifayətdir. Biz SNG komandası olaraq sizin bu imtahandan uğurlu nəticə əldə etməyiniz üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq.

© 2020 SNG, All Rights Reserved.