(CAE) Cambrdige Advanced English-imtahanı

05 İyul 2019

(CAE) Cambrdige Advanced English-imtahanı

Əlaqə

CAE imtahanı nədir?
CAE (Certificate in Advanced English) beynəlxalq ingilis dili imtahanlarının təsisçisi olan Cambridge Assessment English tərəfindən yaradılmışdır. CAE dünyaca məşhur və yüksək beynəlxalq standartları ifadə edən bir imtahandır. Dünyada 20 000-dən çox nüfuzlu universitetlər, işəgötürən təşkilatlar, biznes mərkəzləri və dövlət müəssiələri tərəfindən CAE sertifikatı rəsmi şəkildə tanınır və yüksək ingilis dili bacarığının təsdiqi kimi qəbul edilir.
CAE imtahanlarının üstünlükləri nədir?
• Bu imtahan sayəsində siz dünyanın bir çox aparıcı universitetlərində təhsil ala və ya öz akademik təhsilinizi davam etdirə bilərsiniz.
• CAE sertifikatı almaqla siz xarici ölkələrdə işləyib və yaşamaq imkanı əldə edə bilərsiniz.
• CAE imtahanının ən əsas üstünlüklərindən biri odur ki, digər imtahanlardan fərqli olaraq CAE sertifikatının bitmə müddəti yoxdur.
CAE sertifikatını rəsmi olaraq tanıyan universitetlər

  • University of Oxford
  • University College London
  • The University of Edinburgh
  • Brown University
  • The University of Sydney

İmtahan formatı
İmtahan 4 mərhələdən (ingilis dilinin istifadəsi və oxuma, yazma, dinləmə, danışıq) ibarətdir:
Bölmə - Vaxt
İngilis dilinin (istifadəsi və oxuma) - 1 saat 30 dəqiqə
Yazma - 1 saat 30 dəqiqə
Dinləmə - 40 dəqiqə
Danışıq - 15 dəqiqə
Nəticələr
• Yazılı imtahanın nəticələri imtahandan 4-6 həftə sonra, komputer əsasında keçirilən imtahan nəticələri isə imtahandan 2-3 həftə sonra məlum olur.
• Bütün namizədlər imtahan nəticələri haqqında bəyanat əldə edirlər və nəticələri uğurlu hesab edilən namizədlər sertifikatla da təltif olunur.
23 Avqust 2019-cu il tarixində baş tutacaq imtahana son qeydiyyat tarixi 9 İyul 2019-cu il. Qeydiyyat üçün rəsmi imtahan mərkəzinə StudyNet Group-a müraciət edin.

© 2020 SNG, All Rights Reserved.