C1 Advanced (CAE) imtahanı

05 Mart 2019

C1 Advanced (CAE) imtahanı

Əlaqə

C1 Advanced ana dili ingilis dili olmayanlar üçün Cambrdige universiteti tərəfindən təsis edilmiş, yüksək standartlara sahib bir imtahandır. C1 Advanced dərəcsinə sahib olmaq sizi ali təhsil müəssisələri, özəl və ya dövlət müəssisələri tərəfindən tələb olunan yüksək səviyyəli ingilis dili biliklərinə malik olduğunuzu göstərir. Statistik göstəricilərə əsasən son illərdə C1 Advanced imtahanı ABŞ, Kanada, Böyük Britaniya və digər ölkələrdəki bir çox təhsil müəssisəsində TOEFL və IELTS-ə alternativ olaraq qəbul edilmişdir

C1 Advanced dərəcəsinə sahib olmağın üstünlükləri:
İnsanların C1 Advanced imtahanını seçmək üçün müxtəlif səbəblər var. Bunlar aşağıdakı kimi təsnif edilə bilər:
• Sizin beynəlxalq səyahət, təhsil və iş imkanlarınız üçün bütün qapıların açarı olacaq.
• İmtahanda iştirak etmək üçün dünyada 2800–dən çox imtahan mərkəzi mövcuddur.
• C1 Advanced dərəcəsinə sahib olan insanlar özünə inamlı və axıcı nitqə malik dil daşıyıcıları, cəmiyyətdə və həmçinin akademik mühitdə inkişaf edirlər.

Bu imtahan əsasən aşağıdakı şəxslər üçün nəzərdə tutulmuşdur:
• Proqramların ingilis dilində tədris olunduğu ingilis dilli ölkələrə və digər təhsil müəssisələrinə təhsil almaq üçün müraciət edən tələbələr
• İş və ya hazırlıq məqsədilə ingilis dilinin tələb olunduğu mütəxəssislər
• Biznes və təhsil məqsədi üçün ingilis dili biliklərinin ümumi qiymətləndirilməsinə maraq göstərənlər üçün

Format
İmtahan dörd mərhələdən ibarətdir (oxu və ingilis dilinin istifadəsi, yazı, dinləmə, danışıq).
• Oxu və ingilis dilinin istifadəsi: 1 saat 30 dəqiqə
• Yazı: 1 saat 30 dəqiqə
• Dinləmə: 40 dəqiqə
• Danışıq: 15 dəqiqə

İmtahan tarixləri:
27 aprel, şənbə, (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (19 mart)
4 may, şənbə, (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (22 mart)
11 may, şənbə, (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (29 mart)
18 may, şənbə, (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (4 aprel)
1 iyun, şənbə (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (7 may)
22 iyun, şənbə, (kağız-əsasında) - Qeydiyyat üçün son tarix (1 iyun)

İmtahan ödənişi:
İmtahan ödənişləri haqqında ətraflı məlumat üçün bizə müraciət edin.

Nəticələr
• Kağız-əsaslı imtahanların nəticələri imtahanda iştirak etdiyiniz tarixdən yeddi-doqquz həftə, kompyuter-əsaslı imtahanlar üçün isə beş-altı həftə sonra məlum olur.
• Bütün namizədlər nəticələr ilə bağlı hesabat alırlar, imtahanda müvəffəqiyyətli olan tələbələr isə sertifikat əldə edirlər.

Qeydiyyat
C1 Advanced imtahannına qeydiyyatdan keçmək üçün bizə müraciət edin.

Müraciət
SNG Group
AF Business House, 5th Floor, Nizami küçəsi 203b | Bakı AZ1010 | Azərbaycan
Tel: 00994123100023 (ofis)
00994123100024 (ofis)
00994559189393 (ofis)
Email: [email protected]
[email protected]
[email protected]

© 2020 SNG, All Rights Reserved.