Budapeşt Korvinus Universiteti ilə yeni əməkdaşlıq

14 Yanvar 2022

Budapeşt Korvinus Universiteti ilə yeni əməkdaşlıq

Əlaqə

StudyNet Group akademik tədqiqatları və təhsili ilə Avropanın ən tanınmış və prestijli universitetlərindən biri olan Budapeşt Korvinus Universiteti ilə yeni qarşılıqlı əməkdaşlığa başladığını qürurla diqqətinizə çatdırır.

2006-cı ildə Korvinus Universiteti Financial Times Business Master reytinqinə əsasən dünyada birinci yerdə qərarlaşıb. Korvinus Universiteti bir çox təhsil sahələrində əldə etdiyi uğurlara görə Macarıstanın reytinq cədvəlində birinci yerdədir. 14000-dən çox tələbənin təhsil aldığı universitetin 3 müxtəlif kampusunda 7 fakültə fəaliyyət göstərir. Universitetin akademik heyəti ixtisaslı müəllim və professorlardan ibarətdir.

Avropa İttifaqında təhsilin keyfiyyətinə görə Korvinus Universiteti bütün avropa üçün ən yaxşı seçimlərdən birinə çevrilib.

Universitet tələbələrə bakalavr, magistr dərəcələri üzrə Beynəlxalq menecment; Beynəlxalq əlaqələr; Media; Tətbiqi iqtisadiyyat; Marketinq kimi müxtəlif sahələrdə qısamüddətli kurslar təklif edir.

Xaricdə təhsil şirkəti olaraq StudyNet Group hər zaman tələbələrə gələcək karyeralarını seçməkdə kömək etməkdən məmnundur. Peşəkar təhsil məsləhətçilərimizin təcrübəsi gənclərə qəbul prosesi, tələbə vizasının alınması və yaşayış yerlərinin rezervasiyası zamanı düzgün seçim etməyə kömək edəcək.

© 2020 SNG, All Rights Reserved.