Budapeşt Corvinus Univsersitetinə qəbul davam edir!

17 Dekabr 2022

Budapeşt Corvinus Univsersitetinə qəbul davam edir!

Əlaqə

Siz də geniş mədəni və təhsil imkanları ilə beynəlxalq tələbələrin ilk seçimlərindən olan Budapeştdə təhsil almaq istərdiniz?

Elə isə nəzərinizə çatdıraq ki, Budapeşt Corvinus Univsersitetinə qəbul hələ də davam edir.

Sentyabr 2023 akademik ilində təhsilinizə Avropada başlamaq istəyirsinizsə, bizə müraciət etməyə və sənədlərinizi toplamağa tələsin!

1853-cü ildə Budapeştdə əsası qoyulan Corvinus Universiteti akademik tədqiqat və təhsili ilə Avropanın ən nüfuzlu universitetlərindən biri sayılır. 2006-cı ildə Corvinus Universiteti Financial Times Business Magistr təhsili sıralamasında dünyada ilk 25-də yer alaraq Macarıstanın reytinq sıralamasında da üst sırada qərarlaşmışdır. Təxminən 14000-dən çox tələbənin təhsil aldığı universitetin 3 fərqli kampusunda 3 fakültə fəaliyyət göstərir.

Bakalavr və magistr dərəcələri üzrə mövcud proqramlar:

  • Business and Management
  • International Business
  • International Relations
  • Sociology
  • Data Science in Business
  • Marketing
  • Public Policy and Management
  • MBA

StudyNet Group Corvinus Universitetinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Peşəkar təhsil məsləhətçilərimizin təcrübəsi gənclərə qəbul prosesi, tələbə vizasının alınması və yaşayış yerlərinin rezervasiyası zamanı düzgün seçim etməyə kömək edəcək. Qəbul meyarları, təhsil haqqı, sizə uyğun proqramlar haqqında ətraflı məlumat almaq üçün bizə müraciət etməyə tələsin!

© 2020 SNG, All Rights Reserved.