BSBI: Portfolio Təqaüd Müsabiqəsi

24 Sentyabr 2021

BSBI: Portfolio Təqaüd Müsabiqəsi

Əlaqə

Berlin Biznes və Innovasiya Məktəbi portfolio təqaüd müsabiqəsi üçün son müraciət tarixini uzadıb.

Artıq ikinci dəfə elan olunan müsabiqə üçün 30 noyabr 2021-ci il tarixinə qədər sənədlərinizi və portfolionuzu təqdim edə bilərsiniz.

Mövcud təqaüdlər:

  • Ən Yaxşı Portfolio - 1 tələbə təhsil haqqı üzrə 100% təqaüd qazanacaq
  • İkinci Ən Yaxşı Portfolio - 10 tələbə 50% təqaüd qazanacaq
  • Üçüncü Ən Yaxşı Portfolio - 20 tələbə 40% təqaüd qazanacaq

Qeyd olunmalıdır ki, qazanılacaq təqaüd yalnız Hamburq şəhərində 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulub və yalnız Yaradıcılıq Sənayesi Fakültəsi proqramlarına aiddir.

Berlin Biznes və İnnovasiya Məktəbi Berlinin mərkəzində ingilis dilində bakalavr və magistr proqramlarını təklif edir. Universitetin məqsədi məzunlarını seçdikləri sahələrdə fərqli xüsusiyyətləri olan uğurlu bir lider kimi yetişdirməkdir.

Universitet üç əsas sütun üzərində qurulub: uğur, innovasiya və liderlik. Bu aspektlərə əsaslanaraq, Yaradıcılıq Sənayesi Fakültəsi yalnız bizim indiki iqtisadiyyatımız üçün deyil, gələcəkdə də perspektivli və kommersiya baxımından əhəmiyyətli karyera üçün vacib yaradıcılıq sənəti üzrə uyğun proqramlar təklif edir.

Müsabiqə qaliblərinin siyahısı 10 dekabr Almaniya vaxtı ilə 16:00-da berlinsbi.com saytında elan olunacaq.

İlk tur qaliblərinin portfeliolarını nəzərdən keçirmək və daha çox məlumat əldə etmək istəyirsinizsə, buradan keçid edə bilərsiniz.

Daha ətraflı məlumat əldə etmək üçün bizə zəng edə və ya ofisimizə yaxınlaşa bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.