BSBI-nin Yeni Proqramları ilə Portfolionuzu genişləndirməyə hazırsınız?

12 Sentyabr 2022

BSBI-nin Yeni Proqramları ilə Portfolionuzu genişləndirməyə hazırsınız?

Əlaqə

Berlin School of Business and Innovation (BSBI) tələbələrə ixtisas portfoliosunu genişləndirmək imkanı təqdim etmək üçün akademik tərəfdaşı UNINETTUNO ilə birlikdə beş yeni proqrama start verir.

Maraq dairənizdə olan yeni qabaqcıl proqramlara müraciət etməyə tələsin.

Proqramlara ümumi baxış:

MA in Logistics

  • Bu proqram üzrə təhsil alaraq siz düzgün daxili və ya xarici müştərilərə çatdırılmaların necə modelləşdirilməsini, dizaynını və təhlilini öyrənəcəksiniz və müxtəlif istehsal resurslarının tədarük zəncirləri boyunca necə idarə olunduğunu və daşındığını kəşf edəcəksiniz.

MA in Energy Management

  • Kursun məqsədi enerjiyə qənaət və səmərəliliyə əsaslanan enerjidən doğru istifadəni öyrətməyə yönəlmiş yüksək ixtisaslaşdırılmış proqram təqdim etməkdir. Bu kurs özəl və sənaye sektorlarında enerji səmərəliliyi, enerji sertifikatlaşdırılması və binaların enerji səmərəliliyi məsələlərini əhatə edir.

MSc in Engineering Management

  • Əsas diqqət beynəlxalq və yerli şəraitdə mühəndislik idarəçiliyinə verilir və proqram müxtəlif ölkələr arasında müqayisə aparmağa imkan vermək üçün yeni yaranan bilik və sübutlar toplusundan istifadə edir. Kurs zamanı tələbələr təklif olunan üç ixtisasdan biri üzrə ixtisaslaşa bilərlər.

BSc in Psychology - Psychosocial Disciplines

  • Proqram əmək bazarına daxil olmaq üçün vacib olan peşəkar-texniki vasitələrin əldə edilməsinə diqqət yetirir. Buna görə də, bu kurs nəzəri biliklərin əldə edilməsinə və bir çox əməliyyat şəraitində istifadə oluna bilən peşəkar bacarıqların inkişafına üstünlük verir.

MSc in Psychology - Cognitive Processes and Technologies

  • Qəbul edilmiş perspektiv texnoloji və koqnitiv yanaşmaları birləşdirən fənlərarası yanaşmaya əsaslanır. Bu, tələbələrə insan hərəkətlərini daha dərindən başa düşməyə imkan verir.

Berlinin mərkəzində yerləşən Berlin Biznes və İnnovasiya Məktəbi (BSBI) əsasən məzunlara seçdikləri sahələr üzrə müstəsna lider olmağa kömək etməyə yönəlib.

Universitet biznes, iqtisadiyyat və idarəetmənin demək olar ki, hər bir sahəsində həm bakalavr, həm də magistr proqramları təklif edir.

StudyNet Group şirkəti və təcrübəli təhsil məsləhətçilərimiz qəbul prosesi, tələbə vizasının alınması, xaricdə yaşayış yerinin rezervasiyası və s. kimi maraq doğuran bir sıra suallarda sizə yardım etməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.