BSBI-dən 2022-ci il üçün təqaüd imkanları

22 Yanvar 2022

BSBI-dən 2022-ci il üçün təqaüd imkanları

Əlaqə

Berlin Biznes və İnnovasiya Məktəbi ikinci dəfə Almaniyanın Hamburq şəhərində təhsilə başlamaq istəyən tələbələr üçün yeni təqaüd fürsəti elan edib.

Əsasən müəssisə, liderlik və uğura diqqət yetirən universitet tələbələrinə gələcək karyeralarında peşəkar uğurları üçün lazım olan vasitələri verməyi hədəfləyir.

Tələbələr 2022 Portfolio Təqaüd Müsabiqəsində iştirak edərək ödənişsiz təhsil qazana bilərlər. Qeyd edək ki, müsabiqənin mükafatlandırılması üç mərhələyə bölünür:

  • Birinci yerin qalibi təhsil haqqına 100% endirim qazanacaq;
  • 10 tələbə “2-ci ən yaxşı portfolio” adını qazanaraq təhsil haqqı üzrə 50% təqaüd qazanacaq;
  • 20 tələbə "3-cü ən yaxşı portfolio" adını qazanaraq təhsil haqqı üzrə 40% təqaüd qazanacaq.

Müsabiqədə iştirak etmək üçün tələbələr 10 iyun 2022-ci il tarixinədək onlayn ərizə doldurmalı və yaradıcılıq portfoliolarını təqdim etməlidirlər. Müsabiqənin qalibləri 17 iyun 2022-ci il tarixində elan ediləcək.

Əlavə məlumat üçün universitetin internet saytına daxil ola və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

Təcrübəli təhsil məsləhətçilərimiz sizə arzuladığınız karyera və təhsil keçmişinizə ən uyğun olan universitet və proqramı seçməkdə kömək edəcəklər.

© 2020 SNG, All Rights Reserved.