Böyük Britaniyada Möhtəşəm Yaz və Yay Təcrübəsi

06 Yanvar 2024

Böyük Britaniyada Möhtəşəm Yaz və Yay Təcrübəsi

Əlaqə

Böyük Britaniyada yaz və yay tətili kursları ingilis dilinizi təkmilləşdirmək, yeni dostlar qazanmaq və unudulmaz təcrübələr yaşamaq üçün bir həftə və ya daha çoxunu təklif edir!

Əyləncə dolu yaz və yay tətil mərkəzlərinin təhsil, istirahət və səyahəti özündə birləşdirən peşəkar kurrikulumu tələbələrə unudulmaz zaman keçirməyə hədəflənib. Yay proqramı ingilis dili biliklərini artırmaq və akademik səriştələri gücləndirmək üçün xüsusi olaraq hazırlanmış, eyni zamanda idman, incəsənət və maarifləndirici ekskursiyalar ilə müşayiət olunur.

Summer Fields School
Şəhərin mərkəzində yerləşən bu prestijli "boarding" məktəb xüsusi idman avadanlıqları, macəralı oyun meydançası və heyranedici Sakson memarlığı ilə əhatə olunub!
Məktəb, dil və təhsil səfərinə başlamaq istəyən gənclər üçün idealdır. Qapalı, təhlükəsiz kampus atmosferi kiçik yaşlı tələbələrə Britaniya "boarding" məktəbi proqramında təcrübə keçmək, ingilis dilini öyrənmək və Britaniya mədəniyyətini kəşf edərək əylənmək üçün unikal şərait yaradır.

Wycliffe College
140 ildən artıq tarixə malik Wycliffe kampusu İngiltərənin daha sakit hissəsində yeləşərək, şagirdlərin həqiqətən özləri ola bildikləri, öz müstəqil düşüncələrini inkişaf etdirdikləri və öz istedad və qabiliyyətlərini kəşf edə biləcəkləri məktəbdir.

Oxford International College
Oxford Beynəlxalq Kolleci Böyük Britaniyada ən yüksək nəticə göstərən Altıncı Form kollecidir. 2019-cu ildə kollec tələbələri rekord nəticələr əldə etdikdən sonra İngiltərə Müstəqil Məktəbləri liqa cədvəllərində ən yaxşı yeri qazanıb. Oxford yay tətili proqramı ingilis dili dərsləri ilə yanaşı, şəhərin qədim tarixi ilə də gəncləri tanış edir.

St Edward's School
Yaz tətili proqramında olan tələbələr, orijinal ünsiyyət və akademik bacarıqlarını inkişaf etdirməyə diqqət yetirməklə, Britaniya "boarding" məktəbində qısa, lakin effektiv təcrübədən faydalanacaqlar. Dərslər tam kommunikativ yanaşmaya əsaslanaraqq tələbə inamı məktəbin proqram və metodologiyanın əsasını təşkil edir. Tarixi, mədəniyyəti və akademik mükəmməlliyi ilə zəngin olan məktəb Oksfordun mərkəzində yerləşir.

StudyNet Group geniş çeşidli universitetlər və məktəblərlə sıx əməkdaşlıq edərək yerli və beynəlxalq tələbələrə ərizələrin hazırlanması və təqdim edilməsi, qəbul məktubları və tələbə vizalarının alınması, müxtəlif ölkələr üzrə yaşayış yerlərinin bron edilməsi ilə bağlı tam dəstək verir.

© 2020 SNG, All Rights Reserved.