Birmingham Universitetində Beynəlxalq Hazırlıq Proqramı

04 May 2021

Birmingham Universitetində Beynəlxalq Hazırlıq Proqramı

Əlaqə

Russell Group-a daxil olan və Birləşmiş Krallıq üzrə top 15-likdə (Complete University Guide 2021) qərarlaşan Birmingham universiteti Mühəndislik sahəsində Beynəlxalq hazırlıq proqramını elan edir.

Hazırlıq proqramında bir il təhsil aldıqdan sonra siz ali dərəcə proqramının birbaşa 2-ci ilinə daxil olaraq, təhsilinizi davam etdirə bilərsiniz.

Proqrama ilk qəbul semestri 2021-ci ilin Sentyabr ayı olacaq və proqramda iştirak edən tələbələr artıq 2022-ci ilin Sentyabr ayından ali dərəcə proqramının 2-ci ilində təhsillərini davam etdirəcəklər.

İki semestri əhatə edəcək hazırlıq proqramı üçün təhsil haqqı - 19690 funtsterlinq təşkil edir.
Proqramı 3 semestrə tamamlamaq istəyən tələbələr üçün isə təhsil haqqı - 21195 funtsterlinq nəzərdə tutulub.

Proqramda iştirak üçün qəbul şərtləri aşağıdakılardır:

  • Tam orta təhsil haqqında şəhadətnamə
  • Ümumi qiymət göstəricisi 5 ballıq sistem üzərindən 4,5
  • Riyaziyyat fənnindən qiymət göstəriciləri mimimum 4,5

Proqram üçün ərizə qəbulu davam edir.

Hazırlıq proqramında iştirak edən tələbələr aşağıdakı ali təhsil proqramlarında təhsillərini davam etdirə biləcəklər:

Bakalavr dərəcəsi üzrə
İnşaat mühəndisliyi və Dəmiryol mühəndisliyi
İnşaat mühəndisliyi
Mexanika mühəndisliyi
Mexanika mühəndisliyi (Avtomatlaşma)
Mexanika mühəndisliyi və Sənaye ili
Elektrik və Dəmiryol mühəndisliyi
Elektronika və elektrik mühəndisliyi
Elektronika və elektrik mühəndisliyi, sənaye ili
Mexatronika və robot mühəndisliyi
Aerokosmik mühəndislik
Mexanika və material mühəndisliyi

Magistr dərəcəsi üzrə
Elektronika və elektrik mühəndisliyi, sənaye ili
Mexatronika və robot mühəndisliyi
İnşaat mühəndisliyi və Dəmiryol mühəndisliyi
İnşaat mühəndisliyi
İnşaat mühəndisliyi və sənaye ili
Mexanika mühəndisliyi (Avtomatlaşma)
Mexanika mühəndisliyi və Sənaye ili
Mexanika mühəndisliyi
Aerokosmik mühəndislik
Elektrik və Dəmiryol mühəndisliyi
Elektronika və Elektrik mühəndisliyi
Mexanika və material mühəndisliyi

Birmingham universiteti nin təklif etdiyi ayrı-ayrı proqramlar - Hava sənayesi üzrə mühəndislik, İnşaat mühəndisliyi, Elektrik və Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi proqramları fərdi olaraq da, yüksək pillələrdə yer tutur.

StudyNet Group şirkəti uzun müddətdir ki, Birmingham universiteti ilə sıx əməkdaşlıq aparır və universitetin təhsil proqramlarını seçən yerli və əcnəbi tələbələrə prqram seçimi, müraciət ərizələrinin hazırlanması, qəbul məktubunun əldə olunması, tələbə vizasına müraciət, təqaüd proqramlarına müraciət və xaricdə yaşayış yerlərinin bron edilməsində yaxından dəstək göstərir.

© 2020 SNG, All Rights Reserved.