Birləşmiş Ştatlarda Təhsil

14 May 2018

Birləşmiş Ştatlarda Təhsil

Əlaqə

ABŞ təhsil sistemi dünyanın digər ölkələrdən daha demokratik olması ilə fərqlənir. Times qəzeti dünyanın ən nüfuzlu ali məktəblərinin siyahısını hazırlayıb. Reytinq peşəkarlar arasında aparılan sorğu ilə müəyyənləşdirilib. Ötən illərdə olduğu kimi, bu il də reytinqdə Amerika ali məktəblərinin üstünlüyü var. Ümumiyyətlə dünyanın ən yaxşı 50 universitetindən 20-si Amerikadadır. 50 əyalət içindən özünüzə ən uyğununu seçə bilərsiniz.
Amerika universitetlərindən birində alacağınız diplomun beynəlxalq etibarlılığı olacaqdır. Xarici tələbələr ABŞ-da  eyni zamanda həftədə 20 saatdan çox olmayaraq universitet daxilində və ya müxtəlif müəssisə və təşkilatlarda çalışmaq imkanına malikdirlə Eyni zamanda həyat səviyyəsi daha yüksək olması və formalaşmış vətəndaş cəmiyyətinin mövcudluğu daha yaxşı yaşayış vəd edir. O üzdən bir çox tələbələr yaşayış üçün daha yaxşı olanı seçirlər.Təhsil almaq, öyrənmək, biliyi daha da dərinləşdirmək əsas öncəliklərindəndir.
Karyera və ya təhsil almaq? Fərqlər və üstünlüklərdən günlərlə danışa bilərik, amma əsas fərq və üstünlük ABŞ təhsil sisteminin tələbəni düşünməyə məcbur etməsidir. Tələbə dərsə müzakirə olunacaq mövzu ilə bağlı hazırlıqlı gəlməli və müəllimlə yanaşı öz fikrini də maddələrlə əsaslandıraraq söyləməlidir.
Amerikada təhsil sistemi hər ştata və hətta bölgəyə görə müxtəlif ola bilər. Azərbaycanda mərkəzi sistemindən fərqli olaraq Amerikada hər universitetin öz tələbləri və öz qaydaları vardır. Amerikada bakalavr dərəcəsi institutlarda kolleclərdə tədris olunur. Təhsilin müddəti 4 ildir, lakin daha intensiv çalişmaqla bu müddəti azaltmaq, yaxud qiyabi şöbəyə daxil olmaqla uzatmaq mümkündür. Bakalavırdan fərqli olaraq magistr dərəcəsi böyük ehtimalla ölkənizdə olan magistr dərəcəsindən fəqli olacaqdır burada magistr dərəcəsini 2 illik kursu bitirəndən sonra verirlər. Təhsil müddəti ixtisasdan tələbənin hazırlıq səviyyəsindən, tədris proqramının strukturundan asılı olaraq dəyişir.
Amerika sizi öz mədəniyyəti ilə taniş etməyə, və gələcək karyeranızı qurmaq üçün sizə yardimçı olacaq.

© 2020 SNG, All Rights Reserved.