Birləşmiş Krallıq üçün məzun vizası

02 İyul 2021

Birləşmiş Krallıq üçün məzun vizası

Əlaqə

Birləşmiş Krallıqda təhsil alan və gələcək təhsilini burada planlayan gənclərin nəzərinə!

Ölkə, xarici tələbələr üçün yeni imkanlar yaratmaqda davam edir. Belə ki, 2021-ci ilin yayından etibarən müraciət üçün açıq olan yeni viza növü məzun olmuş tələbələrə iki il müddətində Birləşmiş Krallıqda qalıb işləmək imkanı yaradır.
Birləşmiş Krallıqda təhsil alan tələbələrin narahat olduğu mövzulardan biri də təhsil müddətləri bitdikdən sonra viza müddətinin uzadılmasında yaranan çətinliklər idi.

1 iyul 2021-ci il tarixdən artıq qüvvədə olan məzun vizası adlandırdığımız "Graduate Route Visa" ölkənin ali təhsil mərkəzlərindən məzun olmuş tələbələrə sponsor və gəlir mənbəyi göstərmədən burada qalıb iş axtarmaq imkanı təklif edir.

Birləşmiş Krallıq Höküməti ali təhsillərini bitirmiş gənclər üçün magistr dərəsi məzunlarına 2 il, doktorantura dərəcəsini qazanmış tələbələrə isə 3 il müddətində ölkədə qalıb, işləmək imkanı yaradır. Qeyd olunmalıdır ki, qeyd olunan müddət ərzində məzunlar uyğun iş seçimləri axtara və iş yerlərini dəyişə bilər.

Bu hüquqdan istifadə etmək üçün 2020-ci ilin payızında təhsil almağa başlayan ərizəçilər 21 iyun 2021-ci il tarixinədək Böyük Britaniyaya daxil olmalıdırlar. Təhsillərinə 2021-ci ilin sentyabr və ya fevral aylarında başlayan tələbələr isə 27 sentyabr 2021-ci il tarixinədək ölkəyə səfər etmələri tələb olunur.

Yeni viza növü ilə İngiltərədəki beynəlxalq tələbə sayının artırılması; sosial və iqtisadi həyatda iştirak edə biləcək şəxslərə ölkədə yaşamaq və işləmək hüququnun təmin edilməsi məqsədi daşıyır. Standartlara cavab verən ali təhsil müəssisələrinin məzunları İngiltərədə yaşamağa, işləməyə və xəyallarını reallaşdırmağa davam etmək üçün lazımi statusu asanlıqla əldə edə biləcəklər.

StudyNet Group xaricdə təhsil şirkəti olaraq, hər bir gəncə Britaniyanın yüksək reytinqli universitetlərinə qəbul olmaqda, eləcə də seçdikləri ixtisas üzrə sevdikləri ölkədə təhsil almağa yaxından köməklik edir. Şirkətin yüksək təcrübəyə sahib təhsil məsləhətçiləri seçim və qəbul prosesində, həmçinin tələbə vizasının əldə olunmasında, yaşayış yerlərinin bron ediməsi prosesində hər daim tələbələrə dəstək göstərməyə hazırdır.

© 2020 SNG, All Rights Reserved.