Beynəlxalq Tələbələr üçün Möhtəşəm Təqaüdlü 6 Ay Hazırlıq Proqramı: Northumbria University Newcastle

27 Yanvar 2024

Beynəlxalq Tələbələr üçün Möhtəşəm Təqaüdlü 6 Ay Hazırlıq Proqramı: Northumbria University Newcastle

Əlaqə

Hazırlıq proqramları ingilis dili bilməyən beynəlxalq tələbələr üçün xüsusi olaraq hazırlanmış bir və ya iki illik təhsildir.

1969-cu ildə qurulan “Northumbria University Newcastle” Böyük Britaniyanın ən qədim ali təhsil müəssisələrindən biridir. Londondan cəmi 3 saatlıq uzaqlıqdan olan “Newcastle” şəhəri 2023-cü ilin 2-ci ən yaxşı Böyük Britaniya tələbə şəhəri seçilib.

Universitet beynəlxalq tələbələr üçün martın 18-dən başlayan və 6 ay davam edən, 20% təqaüdlü hazırlıq proqramı təqdim edir.

“Northumbria University Newcastle” seçmək üçün səbəblər:

  • Böyük Britaniyanın ən yaxşı 30 universitetindən biri;
  • İlin universiteti (Times Higher Education 2022);
  • Sərfəli tələbə şəhəri;
  • Böyük Britaniyada startap qurmaq istəyənlər üçün 5 universitetdən biri;
  • Araşdırma və magistr dərəcəsi almaq üçün ən yaxşı 25 universitetdən biri olmasıdır.

Üç yüzillik tarixi qədimliyə sahib “Northumbria University Newcastle” bu sahələr üzrə müxtəlif dərəcələr və proqramlar təklif edir:

  • Mühəndislik
  • Hesablama
  • Elmlər
  • Biznes
  • Hüquq
  • Dizayn
  • İnşaat və Təbii Ətraf Mühit
  • İncəsənət
  • Sosial Elmlər
  • Psixologiya
  • İdman
  • Sağlamlıq

“Northumbria University Newcastle”-un məzunları yüksək ixtisaslı məşğulluq üzrə Böyük Britaniyanın ən yaxşı 25 universitetində yer alır. Təhsil müəssisəsi hər il inkişaf edən qlobal reputasiyaya malikdir, beləliklə, 2021-ci ildə “Research Excellence Framework” (REF) sahəsində universitet Böyük Britaniyada 27-ci pillədən irəliləyərək 23-ə yüksəlib.

6 ay hazırlıq proqramını tamamlayandan sonra tələbələr birbaşa 3 illik bakalavr dərəcəsi almaq üçün yeni təhsilinə başlayırlar. Tələbələr yaxşı orta məktəb qiymətləri və heç bir sektoru 5.5-dən aşağı olmayan minimum IELTS 5.5 test nəticəsinə sahib olmalıdırlar. Tələbələr üçün hər bir şəraiti yaradan universitet, həmçinin ödənişsiz QA İngilis dili testi imkanı təqdim edir.

Müxtəlif təhsil proqramları üzrə yüksək ehtimallı qəbul almağınıza kömək olmaq üçün Studynet Group hazırdır. Bizimlə əlaqəyə keçərək tez bir zamanda arzuladığınız təhsili əldə edin.

© 2020 SNG, All Rights Reserved.