Beynəlxalq Stafford House

17 İyun 2020

Beynəlxalq Stafford House

Əlaqə

Beynəlxalq Stafford House məktəbi tələbələr üçün uyğun şərtlərlə virtual tədris proqramları təklif edir. Belə ki, İyun ayının sonuna qədər virtual proqramlara qoşulan tələbələr 40%-lik endirimlərdən yararlana biləcəklər.

40%-lik endirimdən faydalanmaq üçün tələblər aşağıda qeyd olunub:

  • Təklif bu ölkələrdən olan tələbələrə tətbiq edilir: Əlcəzair, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Kuveyt, Liviya, Livan, Mərakeş, Oman, Qatar, Səudiyyə Ərəbistanı, Tunis, Birləşmiş Ərəb Əmirliyi, və Orta şərq və Şimali Afrika ölkələri.
  • Təklif yalnız 1-30 İyun tarixləri arasında edilən müraciətlər üçün nəzərdə tutulur.
  • Dərslərə başlamazdan əvvəl depozit ödəniş tələb olunur.
  • Biz dövlətin verdiyi qərarlara uyğun fəaliyyət göstəririk və bildirmək istəyirik ki, məktəblər 3 Avqust 2020-ci il tarixə qədər bağlı qalacaq. İyun və İyul ayları ərzində-məktəblər yenidən açılana qədər dərslər onlayn qaydada aparılacaq.
  • Onlayn dərslərə İngilis dili, IELTS, Cambridge İmtahanına hazırlıq və Marketinq sahəsində onlayn ixtisas proqramı daxildir
  • Onlayn dərslər başladıqdan sonra ödəniş geri qaytarılmayacaq
  • Bu təklif başqa bir təkliflə eyni vaxtda istifadə edilə bilməz

Beynəlxalq Stafford House
Stafford House beynəlxalq təşkilat olub hər tədris ilində məktəbdə minlərlə əcnəbi tələbə qarşılayır. Stafford məktəbləri tanınmış IELTS və SAT kursları daxil olmaqla, bütün dil tələblərinə uyğun ingilis dili kursları təşkil edir. Məktəb tələbələrin dil bacarıqlarını inkişaf etdirməklə onların öz biliklərinə inamını artırmağa çalışır və bununla da, kursu bitirən məzunların beynəlxalq səviyyədə unsiyyət qurmasına təminat yaradır. Stafford-un 6 innovativ məktəbi Birləşmiş Krallıq və Kanadada yerləşir.

SutdyNet Group şirkəti Stafford House məktəbinin beynəlxalq əməkdaşlarından biri kimi sizə məktəbin təklif etdiyi proqramlar haqqında ətraflı məlumat vermək, rəsmi sənədlərin hazırlanmasında yardım, viza dəstəyi və xaricdə yaşayış yerlərinin rezerv edilməsi kimi xidmətlərlə hər zaman yardımçı olmağa hazırdır.

© 2020 SNG, All Rights Reserved.