Beynəlxalq Hazırlıq Proqramları

04 May 2020

Beynəlxalq Hazırlıq Proqramları

Əlaqə

Londonda yerləşən Queen Mary Universiteti gələcək tələbələrin nəzərinə çatdırmaq istəyir ki, universitet yeni Beynəlxlaq Hazırlıq Keçid proqramları təklif edir, eləcə də, Beynəlxalq Baza ili proqramlarını yenidən başlandığını elan edir.
Beynəlxalq Baza ili proqramına müraciət edən tələbələrə 270 sayda dərəcə proqramlarına keçid etmək və lazımi bilik və bacarıqlar əldə etmələri üçün sistematik hazırlıq kurslarında iştirak etmək imkanı verir.
Baza proqramları, proqram istiqamətləri, kurs, tələblər və digərləri haqqında saytımızda ətraflı məlumat əldə etmək üçün saytımıza baş çəkə bilərsiniz:
Beynəlxalq Baza ili
https://www.qmul.ac.uk/international-students/pathway-programmes/ify/

Humanitar və Sosial elmlər ixtisası üzrə Yeni Baza Keçid proqramı:
Unniversitetdə artıq mövcud olan Elm və Mühəndislik üzrə keçid proqramlarına əlavə olaraq, yenidən başlayacaq olan Beynəlxalq Baza ili proqramlarına yeni keçid proqramları əlavə olunacaq və onların keçid etdikləri dərəcə proqramları aşağıda verilib:

  • Biznes və menecment
  • İqtisadiyyat və Maliyyə
  • Coğrafiya və sosial inkişaf elmləri
  • Qlobal səhiyyə
  • Humanitar və sosial elmlər
  • Hüquq
  • Ədəbiyyat, Dram və Film istehsalı
  • Siyasət və Beynəlxalq əlaqələr

Kurslara, öyrənmə bacarıqları və ingilis dili fənni ilə ixtisas fənnləri birləşmiş şəkildə tədris olunur və Hüquq, Biznesin idarə olunması, İqtisadiyyat və Maliyyə və s. kimi sahələr üzrə 75 dərəcə proqramlarına keçid imkanı verilir.
Beynəlxalq Baza ili proqramına müraciət edən tələbələrə ixtisasa uyğun keçid proqramını seçmələri üçün artıq sorğu göndərilib. Ətraflı məlumat saytda qeyd olunub:
Beynəlxalq baza ili
https://www.qmul.ac.uk/international-students/pathway-programmes/ify/humanities-and-social-sciences/

İngilis dili tələbləri:
Sevindirici xəbər ondan ibarətdir ki, Biznes menecment və Maliyyə və İqtisadiyyat ixtisaslarına müraciət edən tələbələr üçün ingils dili tələbləri azaldılıb.
-Sentyabr 2020 tələbələri üçün minimum IELTS (UKVI) balı hər bölmə üzrə 5.5 olmaqla minimum ümumi bal 5.5 tələb edilir.
Artıq müraciət etmiş tələbələrin qəbul (Offer) sənədləri İngilis dili şərtlərinə uyğun olaraq yenilənəcək.

StudyNet Group şirkətinin göstərdiyi xidmətlər:
Aparıcı təhsil məsləhətçisi şirkəti olaraq Londonun Queen Mary Universiteti bizim top partnyorlarımızdan biridir. Biz dünya universitetləri ilə qurduğumuz sıx əməkdaşlıqlar vasitəsilə beynəlxalq təhsil imkanı axtaran tələbələrə qəbul və sənədlərin hazırlanması prossesində yardım edirik. Yuxarıda qeyd olunan proqramlar və şirkətimizin göstərdiyi aşağıdakı xidmətlər haqqında ətraflı məlumat əldə etmək üçün bizə yazın:

  • Tələbə vizasının əldə olunması
  • Xaricdə qalmaq üçün yerlərin təşkili
  • Universitetə qəbul
  • Dərəcə proqramı üzrə konsultasiya
  • Rəsmi sənədlərin hazırlanması və təqdim olunması
  • Riyaziyyat, Fizika və Biznes kimi müxtəlif akademik sahələr üzrə təlim-tədris xidmətləri
© 2020 SNG, All Rights Reserved.