Beynəlxalq Hazırlıq Proqramı başlayır...

24 Sentyabr 2020

Beynəlxalq Hazırlıq Proqramı başlayır...

Əlaqə

StudyNet Group şirkəti artıq 10 ildən artıq zaman çərçivəsində xaricdə təhsil almaq arzusunda olan şagirdlərə, Avropa ölkələri, Amerika və Kanadanın yüksək nüfuzlu ali məktəblərinə qəbul olmasına şərait yaradır. Hamıya məlumdur ki, xarici ölkələrin təhsil sistemləri yerli təhsil sistemindən əhəmiyyətli dərəcədə fərqlənir. Əsaslı fərqlərdən biri də odur ki, Avropa və Amerikada orta təhsil bazası 12 ili əhatə edir. Azərbaycanda yerləşən bəzi özəl məktəblər istisna olmaqla ümumilikdə orta təhsil müddəti 11 ildən ibarətdir. Bu isə xarici universitetlərdə bakalavr təhsili almaq istəyən şagirdlər üçün müəyyən mənada maneə yaradır.

Şirkətimiz, xarici universitetlərə üz tutan şagirdlərə sənədləşmə prosesində köməklik göstərməklə yanaşı, şirkətin nəzdində fəaliyyət göstərən Beynəlxalq Hazırlıq Proqramını (International Foundation Program) da təklif edir. Proqramda işitrak edərək, siz müraciət etmək istədiyiniz xarici universitetlərin 12 illik orta təhsil üçün qoyduqları tələbi ödəmiş olursunuz.
Şirkətimizdə təşkil olunan kurslar xaricdə təhsil üzrə beynəlxalq sertifikasiyadan keçmiş xarici müəllimlər tərəfindən aparılır. Proqrama daxil olan bütün dərslər ingilis dilində aparıldığından müraciət edən şagirdlərin ilkin olaraq dil bilikləri yoxlanılır.

Hazırlıq proqramı, tələbənin seçiyi ixtisas sahəsinə uyğun olaraq 6 istiqamətdə təşkil edilir:

  • Biznes, menecment və sosial elmlər
  • Texniki elmlər və mühəndislik
  • Beynəlxalq əlaqələr və siyasət
  • Hüquq
  • Təbiət elmləri və riyaziyyat

Müraciət üçün tələb olunan sənədlər:

  • Şəxsiyyət vəsiqəsi
  • 8, 9 və 10-cu siniflər üzrə qiymət cədvəli.

Proqramın müddəti 3 semester təşkil edir: payız, yaz və qış semesteri.

Proqram iştirakçılarına xüsusi dərsliklər təqdim olunur, müvafiq portalda şəxsi kabinet açılır və ev tapşırıqları onlayn şəkildə həmin kabinetə yüklənilir, müəllimlər tərəfindən onlayn şəkildə qiymətləndirmə aparılır.

Proqram müddətində yarım illik və yekun imtahan təşkil edilir. Yekun imtahandan uğurla keçən tələbələrə, beynəlxalq statuslu Hazırlıq Proqramı sertifikatı təqdim olunur.

StudyNet Group şirkətinin təqdim etdiyi Beynəlxalq Hazırlıq Proqramı üzrə sertifikat Birləşmiş Krallıq universitetləri tərəfindən rəsmi şəkildə tanınır. Cari il üzrə StudyNet Group şirkətinin təşkil etdiyi Beynəlxalq Hazırlıq
Proqramının məzunları arasında xarici universitetlərə qəbul faizi 95% olub.
Nəticələri hər daim yüksək tutmaq üçün şirkət işçi heyətin müntəzəm olaraq, yerli və beynəlxalq sertifikasiya imtahanlarında iştirakını təmin edir.

2020-2021-ci tədris ili üzrə Beynəlxalq Hazırlıq Proqramı Sentyabr ayının 28-dən etibarən start götürəcək. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün şirkətimizin əlaqə vasitələrinə birbaşa müraciət edə bilərsiniz.

StudyNet Group şirkəti yeni tədris ilində bütün şagirdlərə uğurlar arzu edir!

© 2020 SNG, All Rights Reserved.