Berlin Biznes və İnnovasiyalar məktəbi tələbə qəbulu elan edir...

27 Noyabr 2020

Berlin Biznes və İnnovasiyalar məktəbi tələbə qəbulu elan edir...

Əlaqə

Almaniyanın ən qabaqcıl universitetlərindən olan BSBI Azərbaycanlı tələbələr üçün ən əlverişli şərtlərlə Hazırlıq proqramı, Bakalavr, Magistratura və Doktorantura proqramları təklif edir. Kampusu Berlin şəhərinin mərkəzi hissəsində yerləşən universitetdə təhsil ingilis dilində aparılır ki, bu da əcnəbi tələbələrin Almaniyada təhsil üçün bu universiteti seçməyini asanlaşdırır. Bundan başqa tələbələr universitetdə təhsil aldıqları müddətdə ödənişsiz olaraq Alman dili dərslərinə qatıla biləcəklər.
Universitetdə təhsil əsasən həftənin 2 yaxud 3 gününü əhatə edir. Bu isə tələbələrə qalan vaxt ərzində yarım-ştat əsaslı işlərdə çalışmalarına şərait yaradır.
BSBI-də təhsil müəssisənin tərəfdaş olduğu akademik partnyorlar – İngiltərənin UCA (Unniverstiy for the Creative Arts) universiteti, Amerikanın Concordia universiteti (Chicago), İtaliyanın UNINETTUNO universiteti tərəfindən aparılır. Ona görə də, təhsil bitdikdən sonra tələbə həmin universitetlərin diplomu ilə təltif olunur.
Məzun olduqdan sonra Almaniyada qalıb işləmək istəyənlər üçün isə Almaniyanın tələbə vizası 18 ay ərzində ölkədə qalmaq şansı verir.
Universitetə müraciət üçün isə tələblər çox sadədir. Bunun

  • IELTS – 6.0 bakalavr və magisratura tələbələri üçün 5.0 hazırlıq tələbələri üçün
  • GPA – minimum 2.2
  • Şəxsi istək məktubu

BSBI universitetində təhsil haqqı 6 min Avrodan başlayır və şirkətimizə müraciət edən tələbələr üçün təhsil haqqına endirimlər və təqaüd proqramları nəzərdə tutulur. Bundan əlavə təhsil haqqından yalnız 2 min Avro depozit məbləği ödəməklə qalan məbləği hisə-hisə il ərzində ödəmək mümkündür.

Hazırda universitetdə təhsil kampus və onlayn şəraitdə olmaqla qarışıq (blended) formatda keçirilir. 2021-ci il Fevral ayından başlayaraq qəbul semestrləri start götürür.

StudyNet Group şirkəti artıq uzun müddətdir ki, Berlin Biznes və İnnovasiyalar məktəbi ilə sıx əməkdaşlıq edir və tələbələrin müraciət ərizələrinin hazırlanmasında, istək məktublarının yazılmasında, universitetdən qəbulun alınmasında, vizanın əldə olunmasında, həmçinin Almaniyada yaşayış yerlərinin bron edilməsində tələbələrə yaxından köməklik göstərir. Nəzərinizə çatdıraq ki, əməkdaşı olduğumuz universitetlərə müraciət edən tələbələr bütün bu xidmətlərdən ödənişsiz olaraq yararlana bilərlər.

Avropada biznes təhsili üçün ən sərfəli seçim – BSBI universiteti!!

© 2020 SNG, All Rights Reserved.