Avropanın Top 150 Tam Təqaüdlü Universitetləri: Radboud University Müraciətləri Qəbul Edir

01 Fevral 2024

Avropanın Top 150 Tam Təqaüdlü Universitetləri: Radboud University Müraciətləri Qəbul Edir

Əlaqə

Niderlandın qədim qala şəhəri Neymeqendə yerləşən Radboud Universiteti keyfiyyətli təhsilə davam etmək istəyən tələbələrin bir nömrəli ünvandır.

“Radboud Encouragement” təqaüdü, Erasmus Mundus və “joint” magistr proqramları istisna olmaqla, ingilis dilində tədris olunan magistr proqramlarına müraciət edən qeyri – Avropa Birliyi və Avropa İqtisadi Birliyi tələbələri üçün inanılmaz fürsətdir. Tam ödənişli təqaüdün məqsədi tələbələrin təhsillə bağlı çətinliklərini aradan qaldırmaq və Radboud Universitetində magistr dərəcəsini qazanmağı əlçatan etməkdir.

2024-2025-ci tədris ili üçün aşağıda göstərilən fakültələr üzrə 13 təqaüd veriləcək:

  • İncəsənət fakültəsi (1)
  • Tibb Elmləri Fakültəsi (8)
  • Nijmegen İdarəetmə Məktəbi (1)
  • Fəlsəfə, İlahiyyat və Dinşünaslıq Fakültəsi (1)
  • Elmlər Fakültəsi (1)
  • Sosial Elmlər Fakültəsi (1)

“Radboud Encouragement” təqaüdü yalnız tam təhsil haqqını deyil, tədris proqramı müddəti ərzində 11,520 avro yaşayış xərclərini də əhatə edir.

Təqaüd üçün müraciət etmək istədiyinizi, magistr proqramı üzrə “OSIRIS” tətbiq sistemində qeydiyyatdan keçərkən bildirə bilərsiniz. Təqaüd üçün tələb olunan sənədlər:

  • İki tövsiyə məktubu
  • CV
  • Motivasiya məktubu

Tələbə hansı hallarda təqaüdə müraciət edə bilər?

  • Qeyri Avropa Birliyi və Avropa İqtisadi Zonası ölkəsinə mənsubdursa;
  • Radboud Universitetində təhsilinizi maliyyələşdirmək üçün kifayət qədər vəsaitiniz yoxdursa;
  • Niderlanddan kənarda bakalavr dərəcəsi əldə edibsə;
  • Niderlandda əvvəl (mübadilə proqramları, və yaxud bakalavr dərəcələrinin bir hissəsi kimi təhsil, istisna olmaqla) təhsil almayıbsa;
  • Seçilən proqram üzrə ingilis dili şərtlərinə cavab verirsə;
  • Rəsmi qəbul məktubunda göstərildiyi kimi 1 sentyabr 2024-cü il tarixindən ingilis dilində tədris olunan magistr proqramına başlayacaqsa.

Ərizə 31 yanvar 2024-cü il saat 23:59 CEST tarixinə kimi onlayn OSIRIS tətbiq sistemində təqdim olunmalıdır. Əgər ərizə ilə bağlı bir problem yaşanarsa, Radboud Universitetinin Tələbə Qəbulu İdarəsi müraciət formasını sizə geri göndərəcək.

Ərizə ən gec halda 14 fevral 2024-cü il 23:59 CEST tarixində tamamlanmalıdır. Natamam ərizələr Radboud təqaüd seçimi üçün nəzərə alınmayacaq. İngilis dili biliyini təsdiq edən sənəd 14 fevral 2024-cü il tarixindən əvvəl təqdim etmək tövsiyə olunur. Təqaüdə müraciətinizlə bağlı nəticələr aprel ayının ortalarında elan olunacaq.

Niderlandda təqaüdlə təhsil almağınız üçün Studynet Group ilə əlaqə saxlamaqdan çəkinməyin. Ətraflı məlumat və müraciətlə bağlı detallardan agah olmaq üçün ödəniş konsultasiya xidmətimizdən yararlana bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.