Aston universitetində təqaüd proqramları

12 Fevral 2021

Aston universitetində təqaüd proqramları

Əlaqə

StudyNet Group şirkətinin yeni əməkdaşlığa başladığı Britaniya universitetlərindən biri də yüksək reytinqə malik Aston Universiteti Birminghamdır. "The Guardian"-n 2021-ci il sıralamasına görə Aston universiteti Böyük Britaniya üzrə ümumi olaraq, 30-cu yerdə, karyera perspektivlərinə görə isə 31-ci yerdə qərarlaşmışdır. Universitetin təklif etdiyi təhsil proqramları da ayrı-ayrılıqda yuxarı pillələri qazanmışlar: Ümumi mühəndislik fakultəsi - altıncı yer, Tikinti, Şəhərsalma və Planlaşdırma fakultəsi - səkkizinci yer, Kimya mühəndisliyi fakultəsi isə on ikinci yerləri tuturlar.

Birləşmiş Krallığın ikinci ən böyük şəhəri olan Birminghamda yerləşən universitet, hər il yerli tələbələrlə yanaşı, 120-dən çox ölkədən gələn əcnəbi tələbələri də eyni səmimiyyətlə qarşılayır, onlara bütün təhsilləri müddətində tam dəstək göstərir ki, bunlara maliyyə dəstəyi daxildir. Universitet yerli və əcnəbi tələbələr üçün fərqli təqaüd proqramları təklif edir. Aşağıda qeyd olunan təqaüd proqramları bakalavr və post-bakalavr təhsili alan əcnəbi tələbələr üçün nəzərdə tutulub.

Prorektor təqaüdü – proqramda iştirak hüququ əldə edən tələbələr, təhsil haqqına dəstək kimi 8000 funtsterlinq məbləğində təqaüdlə mükafatlandırılacaqlar. Təqaüd, tələbələrin bilik göstəricilərinə və seçdikləri sahədə əldə etdikləri nailiyyətlərinə əsasən təqdim olunacaq. Proqrama müraciət etmək istəyən tələbələr qısa şəkildə öz maraqlarını ifadə edəcək esse yazmalıdırlar.

Qlobal səfir təqaüdü – proqramda iştirak üçün Aston universiteti 25 tələbə seçəcək ki, həmin tələbələrin əsas missiyası, universiteti, tədbirlərdə, Açıq qapı günlərində təmsil etmək, videoların hazırlanması və sosial mediada işıqlandırılmasını təşkil etmək, həmçinin insanlara, əcnəbi tələbələrin Aston universitetində həyatı haqqında danışmaq olacaq. Uğurlu namizədlər 3000 funtsterlinq təqaüdlə mükafatlandırılacaqlar.

Qlobal əlaçı təqaüdü – proqram çərçivəsində Sentyabr 2021 və Janvar 2022 qəbuluna müraciət edən tələbələr üçün 2000 - 5000 funtsterlinq məbləğində təqaüd nəzərdə tutulub. Tibb ixtisası istisna olmaqla, bütün bakalavr proqramlarına, və MBA istisna olmaqla bütün magistratura proqramlarına müraciət edən tələbələrin ərizələri bu təqaüd proqramı üçün də nəzədən keçiriləcək.

Təqaüd proqramlarına müraciət etmək üçün son tarix Sentyabr 2021 qəbulu üçün - 15 Mart 2021-ci ildir

StudyNet Group şirkəti xaricdə təhsil şirkəti olub, seçdikləri ixtisas üzrə sevdikləri ölkədə təhsil almaq istəyən tələbələrə tam dəstək göstərir. Şirkətimizin təcrübəli təhsil məsləhətçiləri sizə qəbul prossesi zamanı, eləcə də, tələbə vizasının əldə olunmasında, xaricdə yaşayış yerlərinin bron edilməsində yaxından köməklik göstərəcək.

© 2020 SNG, All Rights Reserved.