Aston Universitetində Beynəlxalq Hazırlıq Proqramı

03 Dekabr 2020

Aston Universitetində Beynəlxalq Hazırlıq Proqramı

Əlaqə

Əgər siz də bakalavr və ya magistratura dərəcələrini Birləşmiş Krallıqda oxumaq istəyirsinizsə və ali təhsil üçün dərəcə proqramlarına qatılmazdan əvvəl bilik və bacarıqlarınızı təkmilləşdirməyi düşünürsünüzsə, Aston universitetinin yeni mərkəzində təsis edilmiş Beynəlxalq Hazırlıq Proqramı da seçimləriniz arasında ola bilər. 2021-ci ilin Sentyabr ayından başlayaraq mərkəz müxtəlif sahələrdə - biznes, maliyyə, mühəndislik, səhiyyə ilə bağlı ixtisaslar və hüquq sahəsində sizə biliklərinizi artırmaqda yardımçı olacaq. Baza Hazırlıq ili, Beynəlxalq Hazırlıq proqramı və pre-master proqramları ONCAMPUS Aston tərəfindən tədris olunacaq.

Oncampusda Baza Hazırlıq Proqramını uğurla bitirən tələbə Guardian-n illik naminasiyaları sırasında “2020-ci ilin universiteti” adını qazanmış Aston universitetində dərəcə proqramları üzrə təhsilini davam etdirə biləcək. ONCAMPUS Aston universitetin Birləşmiş Krallığın ikinci böyük şəhəri Birminqamdan yerləşən kampusunda təsis edilib. Mərkəzin yerləşdiyi mühit sizə təhsil aldığınız zaman ərzində sosial çevrənizi genişləndirmək imkanı verəcək.

Yuxarıda qeyd olunan biznes, mühəndislik və digər ixtisas sahələri ən öndə gedən ixtisaslar olduğundan sual yarana bilər ki, tələbə niyə məhz Aston Universitetini seçməlidir: Aşağıda bəzi səbəblər qeyd olunub:

  • Universitetin biznes məktəbi üçqat akkreditasiyaya malikdir (AACSB, EQUIS, AMBA).
  • Aston universiteti tərəfindən idarə olunan Biznes məsləhətxanası akademiklərin bələdçiliyi altında könüllü kimi fəaliyyət göstərmək imkanı verir.
  • COVID-19 dövründə xüsusilə faydalı olan virtual təcrübə proqramı təklif edir.
  • Aston universitetinin bir çox mühəndislik ixtisasları Mexanika Mühəndisləri İnstitutu (IMechE), Mühəndislik və Texnologiya İnstitutu (IET) və Çarterli Menecment İnstitutu (CMI) tərəfindən akkreditasiya olunub.
  • Səhiyyə ilə bağlı ixtisaslar Birləşmiş krallıqda ilk onluqda qərarlaşır (Guardian Universitet bələdçisi, ixtisasların reytinqi - 2021).
  • Aston Əczaçılıq məktəbi Regius professsorluq statusunu əldə edib.

Proqram haqqında daha ətraflı məlumat almaq, həmçinin qəbul prossesində köməklik, sənədlərin hazırlanması, viza müraciəti və s. xidmətlər üçün şirkətimizin təcrübəli məsləhətçilərindən yardım ala bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.