Amerikada yeni təhsil istiqamətiniz!

24 İyun 2022

Amerikada yeni təhsil istiqamətiniz!

Əlaqə

ABŞ-ın ən qədim universitetlərindən birində akademik dərəcənizi artırmaq şansı!

Şəhərin ən qədim dövlət universitetlərindən biri hesab edilən Oreqon Universiteti ABŞ-ın şimal-qərb bölgəsində yerləşən ictimai tədqiqat universitetidir və 1856-cı ildə fəaliyyətə başlamışdır.

Times Higher Education-a əsasən Oreqon Universiteti ABŞ universitetləri arasında 276-cı, dünya reytinqində isə 301-350-ci yerdə qərarlaşıb. Universitet hər il öz qapılarını dünyanın müxtəlif yerindən gələn beynəlxalq tələbələrə açır. Burada tələbələrin təxminən 60%-i Oreqon ştatının yerli tələbələridir.

Universitet Biznes, Kompüter Elmləri, Mühəndislik, İdman, Psixologiya, Kimya Mühəndisliyi, MBA, Jurnalistika, Təbiət Elmləri və s. kimi müxtəlif sahələrdə geniş proqramlar təklif edir.

Universitetin tərkibində 12 kollec, 15 kənd təsərrüfatı təcrübə mərkəzi və dəniz elmi mərkəzi fəaliyyət göstərir. Geniş təhsil proqramlarına sahib olan bu universitet, bakalavr, magistr və doktorantura proqramlarından başqa 30-a yaxın onlayn distant təhsil proqramı da təklif edir. Hazırda universitetdə 24280 tələbə təhsil alır ki, onların da 13%-i əcnəbi tələbələrdir.

StudyNet Group əcnəbi və yerli tələbələrə tam dəstək və təlimat verməkdən həmişə məmnundur. Siz də təhsil istiqamətinizi Amerika ilə davam etdirmək istəyirsinizsə, StudyNet Group bütün proseslərdə sizə yardımçı olacaq.

© 2020 SNG, All Rights Reserved.