Amerikada təhsil təqaüdləri

22 Aprel 2021

Amerikada təhsil təqaüdləri

Əlaqə

Amerigo Education 2021-ci ilin payız sessiyasında təhsilə başlayan tələbələr üçün təqaüd imkanları təklif edir. Namizədlərin seçimi əvvəlki təhsillərində əldə etdikləri qiymət göstəricilərinə əsasən aparılacaq. Tələbələrə təqdim olunacaq təqaüdün məbləği hər kampusa görə aşağıdakı qaydada dəyişir:

  • Amerigo Twin Cities – $20 000 –a qədər
  • Amerigo Houston – $20 000 –a qədər
  • Amerigo New Jersey – $15 000 –a qədər
  • Amerigo Chicago – $15 000 –a qədər
  • Amerigo Los Angeles – $12 000 –a qədər
  • Amerigo Napa Valley – $12 000 –a qədər
  • Amerigo San Diego – $12 000 –a qədər

Seçilmiş tələbələr təhsil müddətləri ərzində hər il eyni məbləğdə təqaüd əldə edəcəklər.

2021-ci ildə Amerigo təhsil provayderinin məzunları uğurlu nəticələr göstərərək, Amerikanın qabaqcıl universitetlərinə daxil olmuşlar:

  • University of California - Berkeley
  • Georgetown University
  • University of Michigan
  • University of Virginia
  • University of North Carolina, Chapel Hill
  • New York University
  • University of Florida
  • University of California - Santa Barbara
  • University of California - Irvine
  • University of California - San Diego və bir çoxları

Onların arasında təhsil haqqının 50 – 100 % hissəsi məbləğində universitet təqaüdü əldə edən tələbələr də var.

Amerigo təhsil şirkəti mütəmadi olaraq virtual görüşlər keçirir. Bu görüşlərdə qəbul şərtləri, ərizələrin hazırlanması, yay proqramları və s. haqqında ətraflı məlumat təqdim olunur:

Amerigoda vebinarlar

StudyNet Group şirkəti Amerigo təhsil provayderi ilə sıx əməkdaşlıq edərək, xaricdə təhsil xəyallarını Amerikada yaşamaq istəyən tələbələrə müraciət ərizələrinin hazırlanması və universitetə təqdim olunması, lazımi sənədlərin toplanması, tələbə vizalarının əldə olunası və Amerikada yaşayış yerlərinin bron edilməsi xidmətləri ilə tam dəstək göstərir.

© 2020 SNG, All Rights Reserved.