Amerikada təhsil

10 Dekabr 2020

Amerikada təhsil

Əlaqə

Amerika Birləşmiş Ştatları bir çox sahələrdə irəlidə olduğu kimi təhsil sahəsində də qabaqcıl yeri tutur. Birləşmiş Ştatlarda yerləşən təhsil müəssisələri, tələbə və elmi işçilər üçün çox istiqamətlərdə tədris proqramları təklif edir. Ölkədə yerləşən 4700 kollec, universitet və peşə məktəbləri əsas və köməkçi ixtisaslar üzrə müxtəlif şaxəli fakultələrə malikdir. Burada təhsil almaq üçün imkanlar geniş və sərbəst olduğundan tələbələr asanlıqla bir təhsil müəssisəsindən digərinə transfer oluna bilirlər və bu tələbələrin həcmi orta hesabla 40% təşkil edir. Burada yerləşən təhsil müəssisələri akademik proqramları ilə yanaşı, həm də dərsdən kənar fəaliyyətləri ilə də məşhurdur ki, bu da tələbələrin sosiallaşmasına və liderlik bacarıqlarının inkişaf etdirilməsi təkan verir.

Təhsil üçün ən çox Amerika Birləşmiş Ştatlarının seçilməsinin əsas səbəbləri aşağıda qeyd olunub

Tədris proqramlarının çoxsahəli olması. Birləşmiş Ştatlarda təklif edilən tədris proqramlarının sayı heç bir ölkədəki ilə müqayisə olunmayacaq dərəcədə çoxdur.
Təhsilin keyfiyyəti. Birləşmiş Ştatlarda məzun olmuş tələbələr hər zaman yüksək keyfiyyətli kadr kimi işəgötürənlərin seçim etdiyi işçilərdir.
Sərbəst şəkildə transfer olmaq imkanı.Burada tələbələr təhsillərinin ilk 2 ilində asanlıqla bir təhsil müəssisəsindən digərinə transfer ola bilirlər.
Etnik tərkibin müxtəlifliyi. Birləşmiş Ştatlarda təhsil almaq dünyanın hər guşəsindən olan tələbələr üçün ən çox üstünlük verilən variantdır.
Əcnəbi tələbələr üçün hərtərəfli dəstək. Amerika Birləşmiş Ştatlarına üz tutat əcnəbi tələbələrə universitet qonaqlama və təhsili ilə bağlı bütün məsələlərdə hərtərəfli yardım göstərir.
Diplomun beynəlxalq səviyyədə tanınması. Birləşmiş Ştatlarda yerləşən təhsil müəssisələrinin təqdim etdiyi yekun diplom beynəlxalq miqyasda öz prestiji ilə tanınır.
Karyera imkanları. Əksər tədris proqramlarında tələbələr məzun olmazdan əvvəl təcrübə proqramlarına qoşulmaq imkanlarına malik olurlar ki bu da onlara iş mühiti ilə tanış olmaq və biznes əlaqələri yaratmaqda xüsusi köməklik edir.
Dil təcrübəsi. Amerikada təhsil almaq həm də sizə ingilis dili bacarıqlarınızı təkmilləşdirmək üçün unikal şans verir.
Səyahət imkanları. Birləşmiş Ştatların sərhədləri daxilində ucuz və asan uçuşlar mövcuddur və bu imkandan yararlanmaq ən çox əcnəbi tələbələrin payına düşür.
Rəngarəng Amerika mədəniyyəti. Hər zaman filmlərdən izlədiyiniz həyatı yaşamaq istəyirsiz. Sizin hələ də şansınız var. Amerika sizə yüksək səviyyəli təhsillə yanaşı, ekranlardan gördüyünüz həyatın bir hissəsinə çevrilməyi vəd edir.

StudyNet Group şirkəti fəaliyyət göstərdiyi 10 ildən çox zaman ərzində Amerika Birləşmiş Ştatlarının bir çox kollecləri, orta məktəbləri, universitetləri ilə uğurlu əməkdaşlıqlar qurmağa nail olub və təhsil almaq üçün bu ölkəyə yollanan tələbələrə təhsil müəssisəsindən qəbulun alınması, viza müraciətlərinin edilməsi, təqaüd proqramlarına müraciət, xaricdə tələbələr üçün yaşayış yerlərinin bron edilməsi kimi tam dəstək göstərir.

© 2020 SNG, All Rights Reserved.