Çox sayda beynəlxalq tələbəyə ev sahibliyi edən və yüksək akademik standartları ilə tanınan ABŞ, tələbələr, alimlər, təhsil müəssisələri və daha çoxları üçün müxtəlif seçimlər təklif edir.
Unikal tədris proqramı, yüksək keyfiyyətli təhsil sistemi, bol imkanlar və multikultural mühitə sahib ABŞ-da təhsil almaq beynəlxalq tələbələr üçün böyük bir fürsət çevrilmişdir.
Amerika universitetləri həmçinin özünün çevik təhsil sistemi ilə seçilir. Belə ki, müxtəlif təhsil müəssisələri müxtəlif növ saysız-hesabsız kurs və proqram təklif edir və bununla yanaşı yalnız kursun məzmununu deyil, həm də quruluşunu seçmək azadlığı da təklif edir. Burada təhsil almaq üçün imkanlar geniş və sərbəst olduğundan tələbələr asanlıqla bir təhsil müəssisəsindən digərinə transfer oluna bilirlər və belə tələbələrin həcmi orta hesabla 40% təşkil edir.
Təhsil üçün ən çox Amerika Birləşmiş Ştatlarının seçilməsinin bir neçə səbəbi var:
Böyük potensiala malik olduğunuz halda, maraqlarınıza uyğun bir proqram tapmaq üçün böyük bir şans yaradılır. Bundan əlavə, universitetlər beynəlxalq müraciətləri təşviq etmək üçün fərqli maliyyələşdirmə variantları da təklif edirlər və bununla da tələbələrin həyat keyfiyyətlərini yaxşılaşdırmalarına dəstəkçi olurlar.
Belə ki, tələbələr ilk 2 il təhsil müddətində bir məktəbdən digərinə asanlıqla keçə bilərlər. Yüksək standarta sahib bir çox ABŞ universiteti auditoriyaya dünyanın ən yaxşı alimlərini cəlb edir və tələbələr öz sahələrində ən yaxşı olan tədqiqatçılarla görüşmək və danışmaq imkanı qazanırlar.
ABŞ universitetləri bütün dünyada yüksək qiymətləndirilir və ABŞ təhsil dərəcəsinə sahib olan gənclər daha çox potensiallı işçi olaraq dəyərləndirilillər.
StudyNet Group şirkəti fəaliyyət göstərdiyi 10 ildən çox zaman ərzində Amerika Birləşmiş Ştatlarının bir çox kollecləri, orta məktəbləri, universitetləri ilə uğurlu əməkdaşlıqlar qurmağa nail olub və təhsil almaq üçün bu ölkəyə yollanan tələbələrə təhsil müəssisəsindən qəbulun alınması, viza müraciətlərinin edilməsi, təqaüd proqramlarına müraciət, xaricdə tələbələr üçün yaşayış yerlərinin bron edilməsi kimi tam dəstək göstərir.