Alpadia Dil Məktəbləri

15 Aprel 2020

Alpadia Dil Məktəbləri

Əlaqə

İngilis dili biliklərinizi təkmilləşdirmək, eyni zamanda uzun yay günlərində Birləşmiş Krallığın mərkəzində vaxtınızı xoş və səmərəli keçirmək istəyirsiniz? Alpadiya Dil Məktəbi orta məktəblilər üçün Birləşmiş Krallıqda Yay məktəbləri təşkil edir.
Alpadia Dil kursları 1996-cı ildə təsis edilib və ildən ilə öz əhatə dairəsini və proqram bazasını genişləndirməkdədir. Birləşmiş Krallıqda təşkil olunan İngilis dili Yay düşərgələri də məktəbin təşkil etdiyi yüksək kefiyyətə malik layihələrdən olub, dünyanın istənilən yerindən gələn yeniyetmələrə dövlət dili ingilis dili olan ölkədə, müxtəlif millətlərin nümayəndələrinin əhatəsində müxtəlif aksentlərdə ingilis dilini öyrənməklə şəxsi və elmi bacarıqlarını artırmaq imkanı qazandırır.

Düşərgədə iştirak etməklə siz ingilis dilini, dil daşıyıcıları olan müəllimlərdən yeni qeyri-ənənəvi tədris metodları ilə öyrənərək, rollu oyunlarda, qrup işlərində, canlı müzakirələrdə və bu kimi digər maraqlı fəaliyyətlərdə iştirak etmək şansı əldə edirsiniz. Bundan başqa, fərqli ölkələrdən gələn əcnəbi həmyaşıdlarınızla tanış olub ünsiyyət qurmaq kimi maraqlı prossesin iştirakçısına çevriləcəksiz.
İştirakçılara, öz aralarında və müəllimlərlə maksimum dərəcədə rabitə yaratmaq imkanı verilir ki, bu da onların sinif otaqlarında və kənarda dil bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu prosses çoxmillətli mühitdə baş verdiyi üçün nəticə daha maraqlı və effektiv olur.

Kursların əksəriyyəti şəhər mərkəzində-əyləncə yerlərinə və nəqliyat qovşaqlarına yaxın yerləşir.

Maraqlı tədris proqramından başqa, məktəblilər, həm də Buckingham Palace-dan başlayaraq Camden Town-a qədər, Oxforddan Brightona qədər Londonu kəşf etmək və görməli yerlərinə səyahət etmək imkanı qazanır.
Alpadia dil kursu Birləşmiş Krallığın beş müxtəlif şəhərində yay məktəbləri təşkil edir:
• London
• Brighton
• Bath
• Torquay
• Keele
Kurslar, İyul ayının sonu Avqust ayının əvvəlini əhatə etməklə 1, 2, 5 həftəlik müddətə aşağıdakı paketlər şəklində təklif olunur:
Standart Kurslar - həftə ərzində 20 dərs
Həftəiçi hər gün 4 dərs – dərslərin müddəti 45 dəqiqə
İntensiv Kurslar - həftə ərzində 25 dərs
Bu kursu seçməklə, hər həftə əlavə olaraq 5 dərsdə iştirak edə biləcəksiniz. Bu dərslər əsasən danışıq bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Özəl dərslər - həftə ərzində 5-ə qədər dərslər
Maksimum inkişaf tempi əldə etmək istəyirsinizsə, Standart kurs paketinə əlavə olaraq hər həftə 5 fərdi dərs (hər biri 45 dəqiqə olmaqla) götürə bilərsiniz.
Kurs paketinə nələr daxildir:
• Kursu uğurla başa vurduğunuza dair Sertifikat
• Ekskursiyalar
• Tam təchiz olunmuş yaşam yerləri və ya evlər
• Müxtəlif maraqlı fəaliyyətlər
• Beynəlxalq mühit şəraitində keçirilən dərslər
• 7/24 saat nəzarət

StudyNet Group şirkətinin təklif etdiyi xidmətlər:
Hər il yay tətili müddətində StudyNet Group şirkəti İngilis dilli ölkələrdə (əsasən Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları) təşkil olunan yay düşərgələrində məktəblilərin iştirakını təmin etmək məqsədilə, qrup şəklində turlar həyata keçirir. Qrup turları təcrübəli bələdçilərin müşayiətilə, şagirdlərin tam təhlükəsiz şəkildə səyahət etməsi, xaricdə qaldığı müddətdə xoş istirahəti və təhlükəsiz şəkildə geri - ailələrinin yanına qayıtması ilə həyata keçirilir.

Biz sizin İngilis dili üzrə Yay məktəblərində iştirakınızı təmin etməyə və dil bacarıqlarınızı inkişaf etdirməkdə istənilən dəstəyi göstərməyə hər zaman hazırıq.

© 2020 SNG, All Rights Reserved.