Almaniyada yeni partnyor - Berlin University of Applied Sciences SRH

05 Fevral 2021

Almaniyada yeni partnyor - Berlin University of Applied Sciences SRH

Əlaqə

StudyNet Group dünyanın ən qabaqcıl təhsil müəssisələrinə malik Avropa ölkələrində əməkdaş çevrəsini genişləndirməkdə davam edir. Şirkətin son günlərdə əməkdaşlığa başladığı universitetlər arasında Almaniyanın Berlin Tətbiqi Elmlər Universiteti SRH (Berlin University of Applied Sciences) da var. Unversitetin təklif etdiyi proqramlar, əsasən biznes və kreativ incəsənət sahəsi üzrə 33 Bakalavr dərəcəsi, 31 Magistratura dərəcəsi və 6 MBA proqramından ibarətdir. Tədris prossesi Almaniyanın 3 ən böyük şəhəri olan Berlin, Drezden və Hamburqda yerləşən kampuslarında aparılır.

Bakalavr dərəcəsi aşağıdakı proqramlar üzrə təklif edilir:

  • Dizayn və media
  • Film və Fotoqrafiya
  • Səhiyyə, Sosial və Psixologiya elmləri
  • Hotel işi, turizm və tədbirlərin təşkili
  • Kommunikasiya və media
  • Musiqi və səs işləri
  • İqtisadiyyat
  • Elm və texnologiya
  • İstifadəçi təcrübəsi, kodlaşdırma və texnologiya

MBA proqramlarına daxildir:

  • İcraçı MBA Ümumi İdarəetmə
  • Ümumi İdarəetmə
  • Beynəlxalq Səhiyyənin İdarə olunması
  • Beynəlxalq İnsan Resursları
  • Marketinq Zəkası
  • Dayanıqlı İnnovasiya və Sahibkarlıq

Universitetdə təhsil haqqı olduqca əlverişlidir. Proqramların tədrisi alman və ingilis dillərində aparılır.

Təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat təqdim etmək üçün universitet mütəmadi olaraq, müəyyən mövzulara dair konfrans və mühazirələr, sınaq mühazirələri, məlumat günləri təşkil edir ki, bu tədbirlərin siyahısı aşağıdakı linkdə ətraflı şəkildə qeyd olunub:
SRH tədbirlər

Belə tədbirlərdən biri 13 Fevral 2021 tarixində baş tutacaq Virtual Açıq Qapı günüdür. Tədbirə qoşulan iştirakçılar universitet rəhbərliyi, professorlar və işçi heyətlə tanış olmaq imkanı əldə edəcək, test mühazirələri və praktiki məşğələlərdə iştirak edəcəklər.

Qeydiyyat linki

Bundan başqa, StudyNet Group şirkətinin əməkdaşları sizin Almaniyada təhsil haqqında bütün suallarınızı cavablandırmağa hər zaman hazırdırlar. Dəyişməz əlaqə vasitələrimiz vasitəsilə bizə istədiyiniz zaman müraciət edə bilərsiniz:
Tel.:+99412 310 00 23/24
+99455 9189393 (WhatsApp)
+99455 9189339 (WhatsApp)
E-mail: [email protected]

və ya Facebook, LinkedIn, Twitter

Ünvan: AF Business House 5-ci mərtəbə, Bakı şəhəri, Nizami küçəsi 203b

Konsultasiyalar tamamilə ödənişsiz şəkildə təcrübəli təhsil məsləhətçiləri tərəfindən aparılır.

© 2020 SNG, All Rights Reserved.