ABŞ-da yeni tədris ilinə qeydiyyat üçün tələsin!

11 İyun 2022

ABŞ-da yeni tədris ilinə qeydiyyat üçün tələsin!

Əlaqə

ABŞ-da yeni tədris ilinə başlamaq istəyən tələbələrin nəzərinə!

Xatırlatmaq istərdik ki, bəzi ABŞ universitetlərinə müraciət üçün son tarixlər yaxınlaşır. 2022-ci ilin avqust ayından başlayaraq ABŞ universitet tərəfdaşlarımızda təhsil almaq istəyən tələbələr hələ də StudyNet Group vasitəsilə müraciət edə bilərlər. Arizona State University, Pace University in New York və Simmons University in Boston üçün ərizə qəbulu hələ də davam edir.

Nəzərinizə çatdırırıq ki, bu payızda yeni semestrə başlamaq istəyirsinizsə, son tarixlər iyul ayında olduğundan sənədlərinizi hazırlamağa artıq başlamalısınız. Nəzərə alın ki, artıq Connecticut Universitetinə müraciət üçün son tarixlər keçib, lakin qəbul alan tələbələrimiz indi 1 Avqust 2022-ci ilə qədər I-20 üçün müraciət edə bilərlər.

1906-cı ildə qurulan, Pace Universiteti Nyu-Yorkda yerləşir və tələbələri üçün öz sahələrində ən yaxşı təhsil proqramları təmin edir. Pace Universitetində 13.000 bakalavr, magistr və doktorantura tələbəsi təhsil alır. Universitetin Nyu Yorkda yerləşən 2 kampusu var: Lower Manhattan və Westchester County. Tibb Kolleci, İncəsənət və Elmlər üçün Dyson Kolleci, Elisabeth Hüquq Kolleci, Lubin Biznes Kolleci, Təhsil Kolleci və Kompüter və İnformasiya Texnologiyaları kollecləri görkəmli kolleclər sırasında yer alır.

Arizona Universiteti 1885-ci ildə qurulan Arizona ştatının Tucson şəhərində yerləşən ali təhsil müəssisəsidir. UA bir çox fənlər üzrə ən görkəmli tədqiqat imkanlarından birinə rəhbərlik edir. UA Amerika Universitetləri Assosiasiyasının üzvüdür və geniş şəbəkəsi vasitəsilə effektiv sahibkarlıq tərəfdaşlığı, eləcə də fənlərarası təqaüdlər təklif edir.

Son müraciət tarixləri və ya ərizələrlə bağlı hər hansı sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. StudyNet Group sizin üçün ən yaxşı variantı seçməkdə sizə kömək edəcək və bütün prosesləri sizin adınıza həyata keçirəcək.

© 2020 SNG, All Rights Reserved.