Dünyanın müxtəlif yerindən gələn beynəlxalq tələbələr üçün əsas təhsil istiqaməti olaraq müəyyən olunan Amerika Birləşmiş Ştatları qarşıdan gələn tədris ilində yeni tələbələri qarşılamağa və onlara unikal kurikulum ilə yanaşı yüksək keyfiyyətli təhsil sistemi və geniş imkanlar təqdim etməyə davam edir!
Dünyanın 150-dən çox aparıcı təhsil müəssisəsi arasından seçim etməklə siz hər bir universitetin təklif etdiyi heyrətamiz akademik və sosial imkanlar, xüsusi təhsil proqramları, unikal klublar və idman növləri, təcrübə, iş imkanları kəşf edəcək və unudulmaz xatirələr qazanacaqsınız.
İndi sizin Kaliforniya, Nyu-York, Havay, Florida, Minnesota, Oreqon, Nevada, Tennessi və Aydahoda təhsil almaq və burada fərdi öyrənmə sürətinizə və həyat tempinizə uyğun fərqli təhsil növü kəşf etmək şansınız var.
Təhsil sistemindəki mükəmməlliyi ilə tanınan Şimali Karolina ştatı ABŞ-da üçüncü ən böyük ictimai kollec sisteminə sahibdir və bununla yanaşı, 53-dən çox kollec və universitetinə tələbələri qəbul etməkdə fəxr edir.
Bundan əlavə, ABŞ-da bir digər ştat isə 6000-dən çox beynəlxalq tələbəyə və 1200-ə yaxın beynəlxalq şirkətlərə ev sahibliyi edən, yüksək yaşam keyfiyyətinə sahib Cənubi Karolinadır.
Nə üçün ABŞ-ın akademik təhsil yolunuz üçün əsas istiqamət olması ilə bağlı suallarınız varsa, aşağıda sadalanan bir neçə məqamı nəzərdən keçirə bilərsiniz:
- Burada siz təbii mühitdə misilsiz mədəniyyətlə yanaşı dünya səviyyəli təhsil ala bilərsiniz.
- Burada qlobal sənayelər və unikal coğrafi imkanlar innovasiyalar və tədqiqatlar ilə birləşir.
- Beynəlxalq tələbə olaraq, bilik və təhsil imkanlarınızı gücləndirərək. öyrənə, inkişaf edə və uğur qazana biləcəksiniz.
Bildirimək istərdik ki, StudyNet Group uzun illərdir ki, tələbələrə ABŞ-da arzuladıqları təhsili əldə etmələri üçün dəstək və kömək göstərməkdən məmnundur.
Əgər siz də ABŞ-ı beynəlxalq tələbə olaraq kəşf etmək və bunun gələcəyinizə necə təsir edə biləcəyini öyrənmək istəyirsinizsə, bizə müraciət etməkdən çəkinməyin.