24 noyabr Coventry Universitetinin rəsmi nümayəndəsi Bakıda!

11 Noyabr 2022

24 noyabr Coventry Universitetinin rəsmi nümayəndəsi Bakıda!

Əlaqə

Birləşmiş Krallıq universitetləri sırasında 15-ci yeri tutan, 7 il ardıcıl olaraq (2013-2019) ölkənin ən müasir universiteti seçilən Coventry Universiteti 24 noyabr baş tutacaq StudyNet Xaricdə Təhsil Sərgisində rəsmi nümayəndə tərəfindən təmsil olunacaq!

Sərgiyə gələrək Coventry Universitetinin bakalavr və magistratura ali dərəcələri üzrə təklif etdiyi proqramlar ilə yaxından tanış ola, sizə uyğun proqram seçimində peşəkar dəstəkdən yararlana, eləcə də, qəbul tələbləri, müraciət tarixləri haqqında məlumatları birbaşa universitet nümayəndəsindən ala bilərsiniz.

StudyNet Group şirkətinin strateji tərəfdaşlarından biri olan Coventry Universitetinə hər il orta hesabla 20-25 tələbə şirkətin dəstəyi ilə təhsil almağa yollanır. Coventry universiteti Birləşmiş Krallıqda təhsil almaq üçün ən əlverişli seçimlərdən biridir. Universitetin London, Coventry və Scarborough şəhərlərində fəaliyyət göstərən kampuslarında təhsil eyni səviyyədə yüksək kefiyyətlə aparılır.

Coventry, Böyük Britaniyada ən yaxşı yeni 10 universitetdən biri olaraq, riyaziyyat, biznes, sağlamlıq və dizayn sahəsində innovativ təhsil təminatçısı olaraq çıxış edir. Bunlardan əlavə, Universitetin 20 milyondan çox mükafat qazanan Lanchester Kitabxanasi 350,000-dən çox kitab və 2,600 jurnal ilə təchiz olunmuşdur.
Qeyd edək ki, Coventry məzunları arasında Eurostar dizaynerləri, Ferrari işçiləri və O2 telekommunikasiya şirkətinin heyətini və başqa bu kimi simaların adlarını görmək olar.

Universitetin təklif etdiyi digər proqramlar, müraciət üçün tələb olunan sənədlər və təqaüd proqramları ilə bağlı şirkətimizin təcrübəli məsləhətçiləri sizə lazımi köməklilyi göstərməyə hazırdır. Biz sizə universitetə müraciət ərizəsinin hazırlanmasında, motivasiya məktubunun yazılmasında, qəbul prossesinin izlənilməsində, universitetdən qəbulun alınmasında və vizanın əldə olunmasında tam dəstək təklif edirik.

© 2020 SNG, All Rights Reserved.