2024-2025-ci il Glasgow Caledonian Universiteti Məzunları Üçün Əla Xəbər

27 Yanvar 2024

2024-2025-ci il Glasgow Caledonian Universiteti Məzunları Üçün Əla Xəbər

Əlaqə

2024-2025-ci ildə təhsil xəritənizə Şotlandiyada başlamaq istəyirsinizsə, Glasgow Caledonian universitetinin bakalavr, magistr proqramları üçün endirim imkanlarını gözdən keçirə bilərsiniz.

GCU ödənişli dərs alan və yeni təhsilə başlayan GCU məzunlarına 2024-2025-ci tədris ilindən etibarən 30% endirim dəyərində təqaüd təklif edir. Müraciət üçün əsas meyar GCU məzunu olmağınızdır. Ödəniş endirimi həm tam zamanlı, həm də qiyabi təhsil alan bakalavr və magistr tədris proqramlarına şamil edilir.

Universitet Şotlandiyada səhiyyə məzunlarının ən böyük təminatçısıdır və ölkədə optometriya (gözlərin və əlaqəli üzvlərin qüsur və ya anormallıqlarını müayinə edən səhiyyə peşəsi) dərəcələri təklif edən yeganə universitetdir. Təhsil müəssisəsi həm də istehlakçıların müdafiəsi, turizmin idarə edilməsi və moda marketinqi kimi sahələrinin qabaqcıl tədrisi ilə tanınır.

Universitetə müraciət etmək istəyən tələbələr üçün başlıca tələblərə daxildir:

  • GMAT 580+
  • GPA 2+
  • IELTS 6+
  • TOEFL 78+

120-dən çox ölkədən 22 mindən çox tələbəni əhatə edən inklüziv icması ilə fərqlənən GCU, birdən çox təqaüd və endirimli proqramları ilə digər universitetlərdən fərqlənir. Avropa universitetləri arasında keçirilən reytinq nəticələrinə görə, təhsil müəssisəsi 133-cü yerdə yer alıb. 101 bakalavr və 150-dən çox magistr proqramları ilə universitet çoxçeşidli akademik seçimlər təklif edir.

“EcoCampus Platinum” akkreditasiyası olan yeganə Şotlandiya universiteti GCU, ən son “People and Planet League” cədvəlində ictimai davamlılığa töhfəsinə görə Şotlandiyada 2-cidir.

Universitetin təklif etdiyi bəzi proqramlara aşağıdakılar daxildir:
Biznes və İdarəetmə:

  • Biznesin idarə edilməsi
  • Beynəlxalq biznes
  • İdarəetmə
  • Marketinq
  • Mühəndislik:
  • Mülki mühəndislik
  • Elektrik və elektron mühəndisliyi
  • Mexanika mühəndisliyi

Sağlamlıq və Həyat Elmləri:

  • Tibb bacısı
  • İctimai sağlamlıq
  • Fizioterapiya
  • Biotibbi elm

Hesablama və İT:

  • Kompüter oyunları (Proqram Təminatı)
  • Kibertəhlükəsizlik
  • İnformasiya sistemləri

İctimai elmlər:

  • Psixologiya
  • Sosiologiya
  • Kriminologiya
  • Media və Jurnalistika:
  • Multimedia Jurnalistikası
  • Rəqəmsal Dizayn

Glasgow Caledonian Universitetinin ölkədəki rəsmi tərəfdaşı StudyNet Group sizə ən son təqaüd, endirimli təhsil proqramları və uyğun ixtisası tapmaqda dəstək olmağa hazırdır. Təcrübəli əməkdaşlarımızla ödənişsiz konsultasiya və geniş xidmətlərimizdən yararlanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.