Western Sydney University

Western Sydney University

Əlaqə

Avstraliyanın öndə gələn universitetlərindən biri olan Western Sydney Universitetinin əsası 1989-ci ildə qoyulmuşdur. Universitet Avstraliyanın ən dinamik, iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bölgələrindən biri olan Qərbi Sidneydə yerləşir. Western Sydney Universiteti Times Higher Education World University sıralamasında 50 yaşınadək olan dünya universitetlərinin içərisində ən yaxşı 100 universitetin arasında sıralanır. Ümumiyyətlə, Western Sydney Universiteti dünya universitetlərinin sıralamasında ilk 3%-də yer alır. Bu gün 32.000-dən çox tələbənin təhsil aldığı Western Sydney Universiteti Avstraliyanın ən böyük universitetlərindən biridir. Universitet Avstraliyada təlim və tədrisin mükəməlliyinə görə xüsusi reputasiyaya malikdir. Universitetdə tədris zamanı ən son texnoloji avadanlıqlardan istifadə olunur. Western Sydney Universiteti geniş tələbə cəmiyyətinə sahib olan bir universitetdir. Avstraliyanın qlobal şəhəri və paytaxtı Sidneydə universitetin bir neçə kampusu fəaliyyət göstərir. Hər bir kampus özünə məxsus geniş xidmətləri ilə tələbələrə vaxtlarını səmərəli keçirə bilməkləri üçün mükəmməl bir mühit yaradır. Son illərdə Western Sydney Universitetinin professorları Roy Tasker və James Arvanitakis birlikdə iki il ardıcıl olaraq Prime Minister Award for Australian University Teacher of the Year mükafatına layiq görülmüşdür.

Təhsil proqramları (bakalavr, magistr və doktorantura)

  • Biznes
  • Komputer Elmləri
  • Mühəndislik
  • Riyaziyyat
  • Təhsil Elmləri
  • Humanitar Elmlər
  • İncəsənət
  • Hüquq
  • Tibb Elmləri
  • Sosial Elmlər və Psixologiya

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL).

Medium wsu bannerWest sydney university

Western Sydney University

1989-ci ildə əsası qoyulan Western Sydney Universiteti Avstraliyanın iqtisadi və mədəni cəhətdən inkişaf etmiş bölgələrindən biri olan Qərbi Sidneydə yerləşir.
© 2020 SNG, All Rights Reserved.