Webster Unıversıty Geneva

Webster Unıversıty Geneva

Əlaqə

Webster University Geneva Avropanın tam mərkəzində Amerika təhsili mənasını verir. Universitetin əsası 1978-ci ildə qoyulub və Amerika təhsilinin bütün keyfiyyətlərini özündə cəmləşdirir. Bu gün Universitet 90-a yaxın ölkədən olan müxtəlif milliyətə mənsub tələbələrə yüksək səviyyəli ali təhsil təklif edir. Universitetin digər xüsusiyyəti ondan ibarətdir ki, burada qrupların həcmi kiçikdir və hər bir tələbəyə dərs müddətində kifayət qədər diqqət ayrılır. Universitetin təklif etdiyi bakalavr və magsitratura proqramları Webster Universiteti tərəfindən akkreditasiyadan keçib və dünya miqyasında tanınır.

Bundan başqa, universitet köçürülə bilən təhsil kreditləri təqdim edir. Bu isə o deməkdir ki, siz təhsilə Webster universitetində başlayıb sonradan digər universitetə keçid edə bilərsiniz. Eləcə də, əgər siz digər tanınmış təhsil müəssisəsində oxuyursunuzsa, buradan əldə etdiyiniz təhsil kreditlərindən istifadə edərək Webster universitetinə keçid ala və beləliklə də təhsil müddətinizi qısalda bilərsiniz. Bu variant həmçinin təhsil illərində ixtisasını dəyişmək istəyən tələbələr üçün daha əlverişlidir.

Universitetin Amerikan üslubunda olan kampusu Cenevrə Beynəlxalq Hava Limanından bir neçə kilometr məsafədə yerləşir. Həftəsonları tələbələr bir saat ərzində asanlıqla Avropanın digər böyük şəhərlərinə səyəhət edə bilər.

Tədris proqramları

Bakalavr dərəcəsi:
İqtisadiyyat
Beynəlxalq əlaqələr
Beynəlxalq əlaqələr: Beynəlxalq iqtisadiyyat
Beynəlxalq əlaqələr: Miqrasiya və köçkünlərlə iş
Menecment
Menecment: Marketinq
Media
Footqrafiya
Psixologiya
Biznes Administrasiyası
Komputer elmləri
Maliyyə

Magistratura dərəcəsi:
Konsultantlıq
Beynəlxalq Əlaqələr

Beynəlxalq və Regional Təhlükəsizlik, Beynəlxalq inkişaf, Beynəlxalq və Qeyri hökumət təşkilatları sahəsində post-bakalavr sertifikat proqramları

Walker Biznes və Texnologiyalar məktəbi
Menecment və Liderlik
MBA
Rəqəmsal Marketinq menecmenti sahəsində post-bakalavr sertifikat proqramı

Media kommunikasiyalar məktəbi- Kommunikasiyaların idarə olunması

Təhsil üzrə - Yaradıcılıq və innovasiya sahəsində post-bakalavr sertifikat proqramı

Webster University Geneva

Medium slider2Webster geneva logo

Webster Unıversıty Geneva

Webster University Geneva Avropanın tam mərkəzində Amerika təhsili mənasını verir. Universitetin əsası 1978-ci ildə qoyulub və Amerika təhsilinin bütün kefiyyətlərini özündə cəmləşdirir. Bu gün Universitet 90-a qədər ölkədən olan müxtəlif milliyətə mənsub tələbələrə yüksək səviyyəli ali təhsil təklif edir.
© 2020 SNG, All Rights Reserved.