Wageningen universiteti Avropanın və Hollandiyanın ən öndə gələn universitetlərindən biridir. 1876-ci ildə əsası kənd təsərrüfatı kolleci olaraq fəaliyyətə başlayan universitet artıq 1918-ci ildə rəsmi olaraq dövlət universiteti statusunu almışdır. Universitet sağlam qida və təbiət elmləri sahəsində xüsusi beynəlxalq bir nüfuza malikdir. Dünyanın 103 müxtəlif ölkəsindən gələn beynəlxalq tələbələrin sayı 2700-dən çox olan bu universitetdə ümumilikdə 12 minə qədər tələbə (bakalavr, magistr və doktorontura) təhsil alır. Wageningen dünya universitetləri sıralamasında daima ən yaxşılar arasında yer alır. Xüsusilə təbiət elmləri üzrə ixtisaslaşmada, dünyanın ən yaxşı universitetlərindən biri sayılır. Times Higher Education World University reytinqinə görə, Wageningen universiteti dünyanın ən yaxşı ilk 100 universiteti sırasında 64-cü yerdə, QS World University sıralamasında isə 125-ci yerdə qərarlaşıb. Hollandiya universitetləri arasında ilk NVAO akkreditasiyasına sahib olan universitetdir. Universitetin Wageningen şəhərində geniş ərazini əhatə edən çox sayda kampusu var. Hər kampus unikal, stimullaşdırıcı tədris, öyrənmə və tədqiqat mühiti ilə yanaşı tələbələri yüksək komfortla təmin edir. Wageningen universitetinin tədris binalarında, laboratoriyalar və kitabxanalarında tədrisin inkişafı üçün ən son texnologiyalardan istifadə olunur. Universitetin kampusları daxilində yüksək standartlara cavab verən tam təchiz olunmuş idman və fitness mərkəzi, sağlamlıq mərkəzi və kampus daxili yataqxana fəaliyyət göstərir. Geniş məzun şəbəkəsinə sahib olan Wageningen universitetinin ümumilikdə 47.164 məzunu var. Universitet məzunları arasında məşhur idman ustalarının, elm adamlarının, iqtisadçıların, sahibkarların və siyasətçilərin adı çəkilir. Universitetin karyera xidməti bir çox tələbələri təhsil aldığı müddət ərzində universitetin əməkdaşlıq etdiyi qlobal şirkətlərdə təcrübə proqramlarına və universiteti bitirdikdən sonra işə yerləşdirmə dəstəyi edir.
Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)